Türkiyə 2,5 ildən sonra İstanbula qayıdır
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Millətlər Liqasında çıxış etdiyi B liqasında öz qrupunu ikinci pillədə tamamlayan Türkiyə yığması məlum olduğu kimi A liqasına yüksəlmək üçün Macarıstanla pley-offda qarşılaşacaq.
İlk oyun martın 20-də Türkiyədə, ikinci oyun martın 23-də Macarıstanda keçiriləcək. Bu arada hər iki qarşılaşmanın stadionu artıq bəllidi. ''Ay-ulduzlular'' rəqibini ''Rams Park''da qəbul edəcək. Bu stadionda bilindiyi kimi ''Qalatasaray'' ev oyunlarını keçirir. Bununla da qardaş ölkənin komandası təxminən 2,5 illik fasilədən sonra İstanbulda ilk oyununu keçirəcək. Türkiyə bu şəhərdə sonuncu oyununu 2022-nin sentyabrında keçirmişdi. Həmin vaxt Millətlər Liqası çərçivəsində Başakşəhərdə yerləşən ''Fatih Terim'' stadionunda Lüksemburqa qarşı oyun 3:3-lük bərabərliklə yekunlaşmışdı.
Macarıstandakı qarşılaşma isə Budapeştdə yerləşən ''Puşkaş Arena''da oynanılacaq.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















