Türkiyə ABŞ məhsullarına əlavə idxal rüsumunu ləğv etdi: Spirtli içki, avtomobil...
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə ABŞ-dən ölkəyə gətirilən bəzi məhsullara tətbiq edilən əlavə idxal rüsumunu ləğv edib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumat “Resmi Gazete”də yer alıb.
Qərar ABŞ-dən idxal olunan 33 adda məhsula şamil edilib. Bunlar arasında spirtli içkilər, minik avtomobilləri, tütün və kosmetika məhsulları da var.
Məsələ ilə bağlı açıqlama verən Türkiyənin Ticarət Nazirliyi sözügedən qərarın uğurlu və səmərəli danışıqlar yekununda qəbul edildiyini bildirib.
Qeyd edək ki, Türkiyə ABŞ məhsulları üçün əlavə idxal rüsumlarını 2018-ci ildə Donald Trampın ilk prezidentliyi dövründə elan etmişdi. Bu, ABŞ-nin Türkiyədən idxal olunan bir sıra mallara rüsumları artırmasına cavab tədbiri olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 22 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















