Türkiyə ABŞ nin İrana hərbi müdaxiləsinin əleyhinədir Politoloq
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
“Türkiyənin siyasi dairələrini anlamaq olar. ABŞ-nin vaxtilə İraqa və Suriyaya hərbi müdaxilələri Türkiyəyə ciddi problemlər yaratdı. Ona görə də Ankarada hesab edirlər ki, ABŞ-nin İrana mümkün müdaxiləsi Türkiyəyə əlavə problemlər yaradacaq. Bu səbəbdən Ankara müdaxilə ssenarisinin qarşısını almaq üçün Vaşinqtonla təmasları yoğunlaşdırıb. Öz növbəsində Tehran Ankaranın imkanlarından istifadə etməyə qərar verib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranda baş verən qətliamlar fonunda İran rəsmiləri ilə təmaslara ara verdiyini elan etdikdən sonra Tehran Ankaraya müraciət edib:
“İran və Türkiyə xarici işlər nazirləri Abbas Əraqçi və Hakan Fidan 24 saat ərzində iki dəfə telefonla danışıblar. Tehran Ankaranın Vaşinqtonu müdaxilə ssenarilərindən imtina etməsinə inandırmasını istəyir. Hakan Fidan Abbas Əraqçi ilə danışıqlardan sonra ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrakla görüşüb. Tom Barrak səfir olmaqla yanaşı, Donald Trampın yaxın dostudur və onun dövlət katibinin başı üzərindən Prezidentlə birbaşa təmas imkanı var. Barrak Ankaranın istəyini Trampa çatdıracaq. Ancaq ABŞ Prezidenti İrana müdaxilə qərarı verərsə, Türkiyənin maraqlarını nəzərə almayacaq. Türkiyə İranda təlatümlərin səngiməsini və bu dövlətin ərazi bütövlüyünü dəstəkləsə də, qardaş ölkədə İrandakı rejimin illər boyu PKK-nı dəstəklədiyini də unutmayıblar”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Yanvar 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















