Türkiyə, ABŞ və Avropa Ukraynadakı münaqişənin sülh yolu ilə həllini axtarır
Icma.az, Report.az saytına istinadən bildirir.
Türkiyə, ABŞ və Avropa ölkələri Ukraynadakı müharibəni dayandırmaq və sülhün bərqərar olması planının müxtəlif aspektləri üzərində işləyir.
“Report”un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "TRT World" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə Ukraynada sülhün bərqərar olması üçün istənilən köməkliyi etməyə və ölkənin bərpasına töhfə verməyə hazırdır:
“Amma ilk növbədə atəşkəsi təmin etməliyik. Bizə işlək və uzunmüddətli sülh planı lazımdır. İndi Amerika administrasiyası, avropalılar və biz atəşkəs və sülh nizamlanması üçün bu mümkün planın müxtəlif aspektləri üzərində işləyirik”.
Onun sözlərinə görə, indiki mərhələdə atəşkəsin necə təmin olunması və onun daimi olması məsələləri öyrənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Fevral 2025 01:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















