Icma.az
close
up
RU
Türkiyə Avropa Məhkəməsinə şikayət sayına görə lider ölkə oldu

Türkiyə Avropa Məhkəməsinə şikayət sayına görə lider ölkə oldu

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2024-cü il üzrə illik hesabatı açıqlanıb.

Məhkəmədən Gununsesi.info-nun elektron poçtuna göndərilən xəbərə görə, hesabatda bildirilir ki, məhkəmədə baxılmasını gözləyən ərizələr (60350) hələ də çoxdur. Lakin bu, 2023-cü ilin sonu ilə müqayisədə 11.8 faiz azalıb. Baxılmasını gözləyən ərizələrin təxminən 2/3-si, əsasən, beş dövlətin payına düşür: Türkiyə (21600), Rusiya (8150), Ukrayna (7700), Rumıniya (3850) və Yunanıstan (2600).

Hesabatda AİHM-də ümumilikdə 14 dövlətlərarası işin olduğu da vurğulanıb.

Bunlar sırasında Azərbaycanın da adı qeyd olunur. Azərbaycanın Ermənistana qarşı iki, Ermənistanın Azərbaycana qarşı dörd işi AİHM-dədir. Bunlarla yanaşı, Ukrayna və Gürcüstanın Rusiyaya, Ermənistanın Türkiyəyə qarşı qaldırdığı işlər də var.

2024-cü ildə icraata qəbul olunan ərizələrin sayı 28 min 800 olub. Azərbaycan üzrə bu rəqəm 600-dür. Hesabatda vurğulanır ki, bu, əvvəlki illərlə müqayisədə çoxdur. 2023-cü ildə bu göstərici 438, 2022-ci ildə 389 idi.

Əhalinin sayına nisbətdə 2024-cü ildə ən çox ərizə verilən ölkələr sırasında top beşliyə Xorvatiya (10 min nəfərə 2.27 ərizə) Monteneqro (1.80) Şimali Makedoniya, Sloveniya (1.80) və Serbiya (1.69) daxildir. Ötən il Azərbaycan üzrə bu göstərici 0.59 olub ki, bu da Avropanın 0.34-lük orta göstəricisindən yüksəkdir.

Ötən il AİHM-də Azərbaycan üzrə ümumilikdə 76 ərizə ilə bağlı qərar verilib. Hesabata görə, 39 ərizə üzrə məhkəmə hökmü çıxarılıb, 451 ərizə ya qəbuledilməz sayılıb, ya da icraatı dayandırılıb (2023-cü ildə 655 olub).

2024-cü ilin sonunda Azərbaycan üzrə AİHM-in icraatında gözləyən ərizələrin sayı 1968 olub (2023-cü ilin sonunda 1877 idi). Hesabatda vurğulanır ki, bu göstərici ilə Azərbaycan ilk 10 ölkə arasında yer alır.

Sənəddə o da bildirilir ki, AŞ-a üzv ölkələr içərisində Türkiyə Avropa Məhkəməsinə şikayət sayına görə birinci yerdədir.

Siyahıda Azərbaycan ilk “onluq”da yer tutub.

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Fevral 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri