Türkiyə Azərbaycan əlaqələrini pozmaq istəyənlər var
Icma.az bildirir, Milli.az portalına istinadən.
Türkiyənin Bakıdakı səfirliyi son dövrlərdə Türkiyədə Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib.
Milli.az xəbər verir ki, Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Gəncliyə Yardım Fondunda keçirilən görüşdə bu barədə danışıb.
O deyib ki, Səfirlik Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer alması üçün çalışır:
"Türkiyə-Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrə mübarizə aparılmalıdır. Bir-birimizə daha çox bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın. Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələrin oyunlarına gələnlər də var. Amma buna qarşı daha sıx birləşməliyik", - o qeyd edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 30 Sentyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















