Icma.az
close
up
RU
Türkiyə Azərbaycan peşə təhsili müəssisələri üçün vahid hüquqi çərçivə təsdiqləndi

Türkiyə Azərbaycan peşə təhsili müəssisələri üçün vahid hüquqi çərçivə təsdiqləndi

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair vahid model hüquqi çərçivə müəyyənləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq üzrə mövcud hüquqi baza çərçivəsində, 2021-ci il 19 fevral tarixində Ankara şəhərində imzalanmış "Peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola Əlavə Protokolun Əlavəsi kimi "Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi" hazırlanıb.

Qeyd olunan Protokol Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə peşə təhsili müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili üçün hüquqi əsasları müəyyən edib. Hazırkı Nümunəvi Nizamnamə isə həmin Protokolun icrası məqsədilə qəbul edilən törəmə hüquqi sənəd olmaqla, Protokol çərçivəsində yaradılacaq peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair vahid model hüquqi çərçivəni müəyyən edir.

Nümunəvi Nizamnamə Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrinin hüquqi statusunu, fəaliyyət istiqamətlərini, idarəetmə mexanizmlərini, tədris prosesinin təşkili prinsiplərini və qarşılıqlı əməkdaşlıq əsaslarını ümumi formada tənzimləyir. Bu sənəd hər bir konkret peşə təhsili müəssisəsi üzrə ayrıca nizamnamələrin hazırlanması, razılaşdırılması və dövlət qeydiyyatına alınması üçün əsas kimi nəzərdə tutulub.

Nizamnamədə birbaşa tənzimlənməyən məsələlərin 2021-ci il 19 fevral tarixli Protokola, habelə tərəflərin milli qanunvericiliyinə uyğun olaraq həll edilməsi nəzərdə tutulur. Müvafiq peşə təhsili müəssisələrinin nizamnamələri tərəflərin razılığı əsasında hazırlanır və Azərbaycan tərəfdən qüvvədə olan qaydalara uyğun olaraq təsdiq edildikdən sonra tətbiq edilir.

Beləliklə, təqdim olunan Nümunəvi Nizamnamə yeni hüquqi öhdəlik yaratmır, mövcud beynəlxalq müqavilə - 2021-ci il tarixli Protokolun praktiki icrasını təmin edən tətbiqi xarakterli sənəd kimi çıxış edir və Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrinin fəaliyyətinin sistemli və vahid əsaslarla təşkilinə xidmət edir.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Dekabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri