Türkiyə Azərbaycan Universiteti xarici ölkələrdən tələbə qəbul etməyi planlaşdırır
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Türkiyə-Azərbaycan Universiteti (TAU) gələcəkdə xarici ölkələrdən tələbə qəbul etməyi planlaşdırır.
Bu barədə XQ-yə TAU-dan məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 23 sentyabr tarixli “Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamı TAU-nun yalnız milli deyil, beynəlxalq universitet kimi formalaşdırılmasını nəzərdə tutur. Bu sənəd universitetin fəaliyyətinə hüquqi status verməklə yanaşı, onun xarici tələbə və professorları cəlb etməsinə, beynəlxalq təhsil və tədqiqat məkanına inteqrasiyasına yol açır.
Türkiyə-Azərbaycan Universiteti yalnız Azərbaycan və Türkiyə üçün deyil, region və daha geniş coğrafiya üçün açıq akademik platforma kimi nəzərdə tutulur. Bu, TAU-nun gələcəkdə Orta Asiya, Qafqaz, Yaxın Şərq və Avropa ölkələrindən tələbələri cəlb edə bilməsi, həmçinin beynəlxalq proqramlar və ikili diplom mexanizmləri vasitəsilə əcnəbi tələbə axını yaratması deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Yanvar 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















