Icma.az
close
up
RU
Türkiyə, Azərbaycan və Şimali Kipr bir millət, üç dövlətdir

Türkiyə, Azərbaycan və Şimali Kipr bir millət, üç dövlətdir

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türk dünyasının birliyi ortaq tarix, dil və dəyərlərə əsaslanır.


Modern.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Şimali Kipr Mədəniyyət Günü” çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı Şimali Kipr Tqrk Respublikasının Baş naziri Ünal Üstel deyib.

“Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında mövcud olan münasibətlər yalnız diplomatik çərçivə ilə izah edilə bilməz. Bu əlaqələr ortaq tarix, dil, mədəniyyət və dəyərlər üzərində formalaşıb. Bu sıradan bir dövlətlərarası əlaqə deyil. Bu əlaqə könül bağıdır, tale birliyidir. Biz bunu bir cümlə ilə ifadə edirik: ‘Bir millət, üç dövlət’."


Ü.Üstel vurğulayıb ki, xalqları birləşdirən əsas amil ortaq mədəni irs və gələcəyə olan inamdır:
“Bizləri bir-birimizə bağlayan ortaq tariximiz, ortaq dilimiz, ortaq mədəniyyətimiz, ortaq dəyərlərimiz və gələcəyə olan inamımızdır. Bu gün burada nümayiş olunan mədəni dəyərlər bunun ən gözəl göstəricisidir. Şimali Kiprdən gətirilən hər bir musiqi, xalq rəqsi və sənət nümunəsi ortaq kökdən qidalanan Türk dünyasının yaddaşını əks etdirir.”


Baş nazir çıxışında Azərbaycanın Milli Qurtuluş Gününə də toxunaraq 15 iyunun tarixi əhəmiyyətini vurğulayıb:
“Dəyərli qardaşlarım, 15 İyun – Milli Qurtuluş Gününüzü səmimi qəlbdən təbrik edirəm. Bu tarix Azərbaycanın birliyinin və dövlətçilik iradəsinin yenidən gücləndiyi gündür. 15 İyun müstəqil Azərbaycanın yüksəliş yolunda mühüm dönüş nöqtəsidir.”


Baş nazir əlavə edib ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib:
“Mərhum Heydər Əliyevin dövlətçilik vizyonu bu gün cənab Prezident İlham Əliyevin liderliyində daha da güclənərək Azərbaycanı regionun və Türk dünyasının aparıcı ölkələrindən birinə çevirib. Güclü Azərbaycan təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qürurudur.”


O, çıxışının sonunda Şimali Kiprin Azərbaycanla həmrəy olduğunu qeyd edib:
“Şimali Kipr Türk Cümhuriyyəti olaraq Azərbaycanın sevincini öz sevincimiz, uğurunu isə öz uğurumuz kimi görürük. Çünki Azərbaycanın gücü Türk dünyasının gücüdür.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyun 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri