Icma.az
close
up
RU
Türkiyə Bakı Qlobal İqlim Şəffaflığı Platformasının işə salınmasını dəstəkləyir AZƏRTAC

Türkiyə Bakı Qlobal İqlim Şəffaflığı Platformasının işə salınmasını dəstəkləyir AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 noyabr, AZƏRTAC

Türkiyə COP29 Sədrliyinin Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) işə salınması təşəbbüsünü dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri professor Xəlil Hasar COP29 çərçivəsində keçirilən nazirlərin iştirakı ilə “Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası”nda deyib.

“Türkiyə İnkişaf etməkdə olan ölkələrə və tərəflərə Artırılmış Şəffaflıq Çərçivəsinin həyata keçirilməsində lazımi dəstəyi təmin etmək məqsədi daşıyan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının işə salınması ilə bağlı COP29 Sədrliyinin təşəbbüsünü dəstəkləyir. Bakı Qlobal İqlim Şəffaflığı Platforması çərçivəsində hesabat prosesi zamanı əldə etdiyimiz təcrübələri bölüşməkdən məmnun olarıq”, - deyə Xəlil Hasar əlavə edib.

Türkiyəli nazir bildirib ki, həmçinin iqlim dəyişikliyinin azaldılması səylərini hüquqi çərçivədə müəyyən etmək, emissiya ticarəti sistemini işə salmaq üçün iqlim layihəsi hazırlanıb: “Biz ədalətli keçidi nəzərə alaraq yaşıl transformasiya üçün sektoral infrastruktur üzərində işləyirik. COP29-dan əvvəl ilk yekun şəffaflıq hesabatımızı tamamlamaqdan və təqdim etməkdən məmnunuq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see265

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see229

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see189

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see180

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see165

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see163

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see145

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see142

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see141

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see136

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see134

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see132

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

21 İyul 2025 22:03see122

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see121

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see120

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see118

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see118

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see116

Burak Kuruluş Osman dan gedir

21 İyul 2025 23:14see114

Rəfail Becanov Tərəqqi medalı aldı SƏRƏNCAM

22 İyul 2025 01:39see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri