Icma.az
close
up
RU
Türkiyə Bill Qeytsin şirkəti ilə danışıqlar aparır

Türkiyə Bill Qeytsin şirkəti ilə danışıqlar aparır

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ölkənin kiçik modullu atom elektrik stansiyalarının qurulması istiqamətində danışıqlar apardığını açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, nazir Bayraktar 15-ci Türkiyə Enerji Zirvəsində çıxışı zamanı bu məqsədlə Bill Qeyts tərəfindən təsis edilən “TerraPower” şirkəti ilə əlaqə saxladıqlarını bildirib. Bayraktar çıxışında “Bill Qeyts tərəfindən təsis edilən “TerraPower” ilə kiçik modullu nüvə stansiyaları barədə danışıqlar aparırıq. 

2050-ci ilə qədər ən azı 5 min meqavat gücündə kiçik nüvə stansiyaları qurmağı planlaşdırırıq",- deyə qeyd edib. 

Nazirin açıqlamaları Yunanıstan mediasında geniş rezonans doğurub. Türkiyənin SMR (Small Modular Reactor - Kiçik Modullu Reaktor) sahəsindəki addımlarını yaxından izləyən Yunan mətbuatı, TerraPower-lə aparılan danışıqların beynəlxalq səviyyədə maraq yaratdığını vurğulayıb. 

Mövzuya dair yayımlanan məqalələrdə “Türkiyə, Bill Qeyts tərəfindən yaradılan ABŞ mərkəzli qabaqcıl nüvə texnologiyaları şirkəti “TerraPower” ilə danışıqlar apararaq kiçik modullu nüvə reaktorlarına yönəlir və nüvə strategiyasını gücləndirir", deyə vurğulayıb. Yunan mediası Türkiyədə “nüvə inqilabı”nın baş verdiyini qeyd edib: 

“Türkiyə yalnız nüvə enerjisinin artırılmasına deyil, həm də enerji infrastrukturunun yenidən qurulmasına səbəb olacaq strateji enerji transformasiyasına hazır görünür". Kiçik modullu reaktorların ənənəvi iri atom elektrik stansiyaları ilə müqayisədə daha yığcam, çevik və təhlükəsiz olduğu qeyd edilir. 

Türkiyənin bu texnologiyaya marağı isə uzunmüddətli enerji təhlükəsizliyi, dayanıqlılıq və enerji müstəqilliyinin gücləndirilməsi məqsədi daşıyır. Ölkə xüsusilə SMR layihələri üzərində işləri genişləndirərək yaxın illərdə nüvə enerjisi sahəsində texnoloji və investisiya baxımından strateji mövqeyə sahib olmağı planlaşdırır. 

“TerraPower” nədir? 

2006-cı ildə Bill Qeyts tərəfindən əsası qoyulan “TerraPower” ABŞ-də yerləşən yeni nəsil nüvə enerjisi texnologiyaları şirkətidir. Şirkət ənənəvi atom elektrik stansiyalarından daha təhlükəsiz, daha səmərəli, daha aşağı maliyyətli və karbon emissiyasız reaktorlar hazırlamağı hədəfləyir. “TerraPower” qlobal enerji keçidində karbonsuz baz yük elektrik enerjisinin təmin edilməsinə fokuslandığı üçün hökumətlər və enerji nəhəngləri tərəfindən yaxından izlənilir. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri