Icma.az
close
up
RU
Türkiyə Böyük Millət Məclisinin açılışının 105 ci ildönümüdür

Türkiyə Böyük Millət Məclisinin açılışının 105 ci ildönümüdür

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bu gün Türkiyə Böyük Millət Məclisinin açılışının 105-ci ildönümüdür.

23 aprel 1920-ci il, cümə günü, saat 13:45-də Ankarada toplaşan məbuslar (millət vəkilləri) Türkiyənin qədərini həll etmişdilər.

Rəisi-sin, yəni məclisin ən yaşlı üzvü olan Sinop məbusu Şərif bəy kürsüyə qalxmış, məclisin açılış nitqini etmişdi.

O, İstanbulun müvəqqəti olaraq əcnəbi qüvvələr tərəfindən istila olunduğu üçün xilafət məqamının və mərkəzi hökumətin istiqlalının ləğv olunduğunu bildirmiş, bu vəziyyətlə razılaşmağı millətin xarici əsarətə boyun əyməsi kimi xarakterizə etmişdi. Millətin belə bir əsarətdə yaşamağı şiddətlə rədd etdiyini, buna görə də vəkillərin toplaşaraq ali məclisi vücuda gətirdiyini bildirmiş və bu tarixi cümləni ifadə etmişdi: “Bu ali məclisin ən yaşlı üzvü ünvanıyla, ilahinin tofiqiylə millətimizin daxili və xarici istiqlalı daxilində müqəddəratını öz üzərinə götürdüyünü və idarə etməyə başladığını bütün cahana elan edərək Böyük Millət Məclisinin açılışını edirəm”.

Məclisin ən yaşlı üzvü olan Şərif bəy kimdir?

Məhəmməd Şərif bəy 1845-ci ildə Kırklarelinin Vize qəsəbəsinin Çakıllı kəndində doğulub. Atası Mustafa əfəndi, anası Adilə xanımdır. İlk və orta təhsilini doğulduğu yerdə alıb, daha sonra İstanbula gələrək Məktəbi-Sultaniyyədə (Qalatasaray liseyində) oxuyub. 1868-ci ildə Maarif Nazirliyində işə başlayıb, Priştine, Sakız, Ankara və Kastamonu kimi yerlərdə maarif müdirliklərində çalışıb. 23 avqust 1899-cu ildə Kastamonu şəhərində maarif müdiri ikən təqaüdə çıxıb.

Osmanlı süqut etdiyi zaman Kastamonuda yaşayan Məhəmməd Şərif bəy Qazi Mustafa Kamal Atatürkün başlatdığı milli mücadiləyə qoşulub, yaşlı zamanında vətəninin azadlığı üçün çalışıb. Nəticədə Türkiyə Böyük Millət Məclisinin Sinopdan olan ilk millət vəkili olub. 18 noyabr 1922-ci ildə Əbdülməcid əfəndi sonuncu xəlifə seçildiyi zaman iki gün sonra məclis adına onu təbrik edən heyətin sədri seçilib.

Millət vəkili ünvanı bitdikdən sonra Məhəmməd Şərif bəy Ankaraya yerləşib, 1925-ci ildə bu şəhərdə də vəfat edib.

7 övladı olan Şərif bəyin ailəsinin bir qismi Avcıbaşı, digər qismi isə Avgan soyadını qəbul ediblər.

Şərif bəy TBMM-in ikinci iclasında Milli Maarif Əncüməninin təmsilçisi olub. Ümumilikdə məclisdə üç çıxışı olub. Sinop bölgəsi ilə bağlı verdiyi bəzi təkliflər qəbul edilib, 119 səsvermədə iştirak edib.

Məhəmməd Şərif bəyin ilk nitqi söylədiyi məclis binasının tikintisinə 1915-ci ildə başlanılmışdı. İttihad və Tərəqqi Cəmiyyətinin klub binalarından biri kimi fəaliyyət göstərəcəkdi. Binanın memarı Salim bəy olub. İlk iclasın bu binada keçiriləcəyi bəlli olduğu zaman hələ tamamlanmadığı üçün insanlar inşaatın bitməsinə dəstək olublar.

Türkiyə parlamenti 23 aprel 1920-ci ildən 15 oktyabr 1924-cü ilədək bu binada fəaliyyət göstərib. Daha sonra geniş bir binaya köçüb. İlk bina isə Cümhuriyyət Xalq Firqəsinin ümumi mərkəzi və hüquq məktəbi olaraq xidmət göstərib. Bina 1952-ci ildə Maarif Nazirliyinin tabeçiliyinə verilib.

23 aprel 1961-ci ildən etibarən isə Türkiyə Böyük Millət Məclisi Muzeyi kimi fəaliyyət göstərməkdədir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Aprel 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri