Icma.az
close
up
RU
Türkiyə böyük təhlükə ilə üzləşib Ankara təcili müharibəyə hazırlaşmalıdır

Türkiyə böyük təhlükə ilə üzləşib Ankara təcili müharibəyə hazırlaşmalıdır

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Türkiyə Milli Kəşfiyyat (MİT) Akademiyasının İsrailin İranla 12 günlük müharibəsi ilə bağlı hazırladığı yeni hesabatda bildirilir ki, Ankara müasir müharibədəki son dəyişikliklərə uyğunlaşmaq üçün hərbi çəkindirmə gücünü artırmaqla yeni milli təhlükəsizlik arxitekturası qurmalıdır.
Reyting.az
xəbər verir ki, bu barədə “Middle East Eye” yazıb.
Britaniya nəşrinin təhlilində qeyd olunur:
Keçən həftə açıqlanan hesabat Ankaranı erkən xəbərdarlıq sistemlərində təcili islahatlara, sığınacaqların tikintisinə çağırır, Türkiyənin müdafiə sektorunu və sənayesini hədəfə alan potensial casusluq fəaliyyətlərinə qarşı sərt tədbirlər görməyi tövsiyə edir.
Türkiyə son 20 ildə müdafiə sənayesinə əhəmiyyətli sərmayələr qoysa da, hesabat diqqətəlayiq boşluqların və zəifliklərin qaldığını vurğulayır.
Ankara 2016-cı ildən bəri Ukrayna, Liviya, Suriya və Qarabağdakı münaqişələrdə balansı dəyişdirən “Anka” və “TB2 Bayraktar” kimi yüzlərlə silahlı pilotsuz sistem istehsal edərək pilotsuz təyyarə gücü kimi ortaya çıxıb.
Türkiyə 2030-cu ilə qədər beşinci nəsil “Kaan” döyüş təyyarəsi və “Hisar” kimi hava hücumundan müdafiə sistemləri istehsal etmək üzərində çalışsa da, əksəriyyəti “F-16”-lardan ibarət olan hazırkı döyüş təyyarəsi donanması sürətlə yaşlanır.
Hesabatda İsrailin hava üstünlüyü ətraflı təhlil və qeyd edilir. Bildirilir ki, İsrail ordusu “F-16”, “F-35”, silahlı pilotsuz təyyarələr və hava tankerlərinin iştirak etdiyi kompleks əməliyyatda 300 təyyarə yerləşdirib.

Hücum, həmçinin xüsusi hərbi və mülki hədəflərə zərbələr endirmək üçün yerdəki xüsusi əməliyyat qüvvələrini və ya yerli aktorların cəlb edilməsini və yüksək vəzifəli məmurların yerini müəyyən etmək üçün “WhatsApp” kimi platformaların silahlandırılmasını əks etdirdi.
“12 günlük müharibə və Türkiyə üçün dərslər” başlıqlı hesabatda vurğulanır ki, münaqişə PUA-lar kimi insanlı və pilotsuz sistemlərin inteqrasiyasının və Türkiyə Hərbi Hava Qüvvələrinin inventarının modernləşdirilməsinin əhəmiyyətini bir daha təsdiqləyib.
“Müharibə boyu çoxqatlı və hərtərəfli hava hücumundan müdafiə sisteminin zəruriliyi də aydın oldu”,- deyə hesabatda bildirilir.
Bundan başqa, müttəfiqlərinin geniş dəstəyinə baxmayaraq, İsrailin İrandan atılan qabaqcıl hipersəs raketlərini tam olaraq ələ keçirə bilməməsi Türkiyənin bu sahədə öz təşəbbüslərini gücləndirməsinin zəruriliyini vurğulayır.
Hesabat Ankaranı ardıcıl istehsala və qabaqcıl hərbi sistemlər, o cümlədən ballistik raketlər və hipersəs silahları üçün potensialın artırılmasına diqqət yetirməyə çağırır.
Qeyd olunur ki, İranın hava hücumundan müdafiə sistemlərindəki zəifliklər mühüm obyektlərin güclü hava hücumundan müdafiə sistemi ilə qorunmasının həyati əhəmiyyətini vurğulayıb:
“Aşağı hündürlükdə hava hücumundan müdafiə sistemlərinə xüsusi diqqət yetirilməlidir, xüsusən, təhlükəsizlik bürokratiyasınım cəmləşdiyi yerlərdə”.
Bundan əlavə, hesabat bütün ölkəni əhatə edən erkən xəbərdarlıq sisteminin yaradılmasını, yaxşı təchiz olunmuş sığınacaqların tikintisini, o cümlədən böyük şəhərlərdə yeraltı metro stansiyalarından istifadə etməyi və mülki əhali arasında itkilərin minimuma endirilməsi üçün tədbirlərin görülməsini tövsiyə edir.
Hesabatda qeyd olunur ki, İran üçün əhəmiyyətli bir zəiflik, “WhatsApp” kimi texnoloji alətlərin və tətbiqlərin gündəlik həyatda geniş şəkildə istifadəsi olub və bu risk Türkiyəyə də təsir edə bilər.
“Bir çox qlobal proqram təminatı və IT şirkətlərinin İsraillə “xüsusi əlaqələr” saxladığını nəzərə alsaq, bu cür texnologiyaların strateji qurum və obyektlərdən uzaq tutulması xüsusilə vacibdir”, - deyə hesabatda xəbərdarlıq edilir.
MİT Akademiyası təklif edir ki, Türkiyə müttəfiqliklərini dərinləşdirməlidir, çünki İsrail öz tərəfdaşlıqları vasitəsilə silah, kəşfiyyat və logistika imkanlarından yararlanıb, BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi təşkilatlar isə möhkəm təhlükəsizlik mexanizmlərinin yoxluğu ucbatından İranı dəstəkləyə bilməyib.
"Bu kontekstdə Türkiyənin Suriyadakı vətəndaş müharibəsi zamanı zədələnmiş ənənəvi ittifaqları bərpa etmək üçün atdığı son addımlar daha da əhəmiyyətli olub, - hesabatda əlavə edilir. – Son illərdə ABŞ-la münasibətləri yaxşılaşdırmaq səyləri Türkiyənin NATO ilə əlaqələrinə müsbət təsir edib və bu prosesin davam etdirilməsi sərfəli hesab olunur”.
Hesabatda daha sonra Türkiyənin Pakistan, Suriya, Qətər və Azərbaycan kimi region ölkələri ilə öz təhlükəsizlik ittifaqlarını qurmaq səylərinin əhəmiyyəti vurğulanır.
12 günlük münaqişə müdafiənin təkcə hərbi yolla təmin oluna bilməyəcəyini nümayiş etdirir:
“Aydın oldu ki, siyasi, iqtisadi və texnoloji sahələrdə hərtərəfli çəkindirmə olmadan düşmənin qarşısını almaq və ya qələbəni təkcə hərbi yolla təmin etmək mümkün deyil”.
Bundan başqa, hesabatda qeyd olunur ki, İsrail Kipr Respublikasından regionda strateji aktiv kimi istifadə edib.
“Türkiyənin bu məsələni yaxından izləməsi və lazımi tədbirlər görməsi vacibdir. Eynilə, İsrailin Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) son marağı təkcə ticari və ya iqtisadi motivlərlə izah edilə bilməz. Bundan başqa, israillilərin Suriyanın şimalında mülk satın aldıqlarına dair məlumatlar var”.
İsrailin dövlət silah şirkəti olan “Israel Aerospace Industries”-in vitse-prezidenti bu yaxınlarda bir köşə yazıb və onun ölkəsinin Şimali Kiprin cənubundakı administrasiyasına dəstək verən Türkiyənin təhlükəsinə qarşı çıxmaq üçün onun cənubun ələ keçirilməsini dəstəkləyə biləcəyini təklif edib.
Hesabatda xəbərdarlıq edilir ki, İsrail və İranın qarşılıqlı hücumları davam etdirdiyi bir ssenaridə Tehran Ankara üçün də təhlükə yarada bilər. “İndiki mərhələdə Türkiyə özünü İranın nüvə fəaliyyətləri, geniş raket və PUA arsenalları və regional milis şəbəkələri ilə ən azı İsrail və ABŞ kimi təhlükə altında hiss edir”.
"Ancaq Türkiyə ilə İran arasında gərginliyin artması halında Tehranın Ankaraya qarşı öz imkanlarını səfərbər etməkdən çəkinəcəyinə heç bir zəmanət yoxdur. Həqiqətən də, İraq mərkəzli əvvəlki böhranlar zamanı Türkiyəyə qarşı ən sərt reaksiyalar İranın dəstəklədiyi milis liderlərindən olub və onlar vaxtaşırı İraqdakı türk bazalarına qarşı təqib hücumları həyata keçiriblər".
Hesabatda, həmçinin vurğulanır ki, İran və İsrail arasında aktiv münaqişə Türkiyənin şərq sərhədlərində regional qeyri-sabitliyə səbəb ola bilər.
“İsrailin ilkin hücum zamanı Təbriz və Kirmanşah kimi böyük etnik azlıqların yaşadığı böyük şəhərləri hədəf alması, raket qurğularının məhv edilməsindən başqa məqsədlərə xidmət edirdi.
Buna görə də Türkiyə son vaxtlar İraq və Suriyada müşahidə olunan mənfi hadisələrin İranda təkrarlanmaması üçün bütün lazımi addımları qətiyyətlə atmalıdır”.
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Avqust 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri