Türkiyə bu AES lə bağlı qərar verdi KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə “Akkuyu” AES-i işə salmağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, Türkiyənin “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.
Nazirin sözlərinə görə, dörd reaktordan ibarət stansiyanın ilk enerji blokunda sınaq mərhələsinə başlanılıb. Digər reaktorlar üzrə də işlər davam etdirilir.
Hər bir reaktorun gücü 1,2 min MVt təşkil edir.
Bayraktar bildirib ki, ilk enerji blokunun işə salınmasından sonra atom enerjisi Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 2-2,5 faizini qarşılayacaq. Dörd blokun hamısı istismara verildikdən sonra isə bu göstəricinin 10 faizə çatacağı gözlənilir.
Nazir, həmçinin “Akkuyu” ərazisində üçüncü və dördüncü enerji bloklarının tikintisi ilə paralel olaraq məlumat emalı mərkəzinin yaradılmasının planlaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, “Akkuyu” AES hər birinin gücü 1,2 min MVt olan Rusiya istehsalı VVER-1200 reaktorları ilə təchiz ediləcək dörd enerji blokundan ibarət olacaq.
Stansiyanın tikintisinə 2018-ci ildə başlanılıb. Layihəni “Rosatom”un törəmə şirkəti olan “Akkuyu Nuclear” həyata keçirir.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Sentyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















