“Türkiyə bu məsələ ilə bağlı ABŞni xəbərdar edəcək” KİV Yeni Çağ Media
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Suriyanın şimalında PKK terror təşkilatının mövcudluğuna son qoyması üçün ABŞ-yə xəbərdarlıq edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “CNN Türk” nəşri məlumat dərc edib.
KİV yazır ki, əks halda Ankaranın özü bölgəni terrorçulardan təmizləmək üçün tədbirlər görəcək.
Nəşrin məlumatına görə, Türkiyə tərəfinin bu mesajı Ankarada respublikanın xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda açıqlanacaq.
Xüsusilə, Türkiyə tərəfi Vaşinqtonun Suriya ilə bağlı öhdəliklərini yerinə yetirməməsinə və PKK və onun Suriya qolu olan Xalq Müdafiə Qüvvələrinə (SDQ) dəstəyi dayandırmağın vacibliyinə diqqət çəkəcək.
“Türkiyənin Suriyanın şimalı ilə bağlı əsas məqsədi əvvəlcə sərhəddə 30-40 km dərinlikdə təhlükəsizliyi təmin etmək olub. Bu məsələ ilə bağlı ABŞ və Türkiyə arasında razılaşma olub, öhdəliklər götürülüb, amma yerinə yetirilməyib”, – kanal qeyd edir.
www.yenicag.az
Baxış sayı:84
Bu xəbər 12 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















