Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Türkiyə 1 yanvar 2026-cı il tarixində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistanla sərhədi açacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Qraparaq” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana təqdim etdiyi təkliflər və niyyətlər paketində həm də sərhədin qeyd edilən sxem üzrə açılması planları öz əksini tapıb.
Bununla belə, qəzetin yazdığına görə, Türkiyə hələlik yükdaşımalar üçün sərhədi açmaq niyyətində deyil.
Rəsmi Ankara həmçinin diplomatik münasibətlərin qurulması haqqında protokol hazırlayıb, lakin onun imzalanması üçün Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsən Türkiyəyə səfər etməsini istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 27 Dekabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















