Türkiyə buna görə İranı bombalaya bilər Sohtaoğlu
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qarşıdakı payız aylarında ya ABŞ-ın iştirakı ilə və ya onsuz İsrailin İranın nüvə bazalarına hava hücumları etməsi gözləniləndir və 2025-ci ildə İran dünyada barəsində ən çox danışılan ölkə olacaq.
Axar.az xəbər verir ki, bunu türkiyəli siyasi şərhçi Mete Sohtaoğlu “Haber Qlobal” televizya kanalındakı çıxışında deyib.
“İran öz torpaqlarında PKK və PJAK terror təşkilatlarına ev sahibliyini davam edəcəyi təqdirdə Türkiyə hava qüvvələri İraqın şimalında Pəncveyn bölgəsində olduğu kimi, terrorçuların İranın şimal qərbindəki yerləşən bazalarını da bombalaya bilər”, - o bildirib.
Sohtaoğlu İranda iqtisadi problemlərə, xüsusən elektrik kəsintiləri səbəbindən yenidən başlayan narazılıq və gərginliyə diqqət çəkərək, Tehranın terror təşkilatlarına dəstəyini kəsmədiyi təqdirdə daha ciddi təpkilərlə qarşılaşacağını söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 07 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















