Icma.az
close
up
RU
Türkiyə çalxalanır: rəsmilərlə polis arasında toqquşma CHP ləğv edilir?

Türkiyə çalxalanır: rəsmilərlə polis arasında toqquşma CHP ləğv edilir?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə hökuməti CHP-nin İstanbul ofisinin qarşısını blokadaya alıb. CHP İstanbul Gənclik Qolunun çağırışının ardından partiyanın İstanbuldakı Baş Qərargahının qarşısında gərgin anlar yaşanıb. Əraziyə çoxlu sayda çevik qüvvət qrupları göndərilib, polis qərargahı mühasirəyə alaraq ora gedən yolları bağlayıb. CHP rəsmiləri ilə polis arasında mübahisə düşüb.

Proseslər Türkiyənin ana müxalifət partiyası CHP-nin ləğvinə doğru gedir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, CHP-nin İstanbul qərargahının polis tərəfindən mühasirəyə alınması və ərazidə baş verən gərginliklər Türkiyədə siyasi vəziyyətin son dərəcə kritik mərhələyə keçdiyini göstərir:

“Hadisə təkcə bir hüquq-mühafizə əməliyyatı deyil, həm də siyasi münasibətlər sistemində yaranan ciddi çatların göstəricisidir. CHP Türkiyənin ana müxalifət partiyası olmaqla yanaşı, respublikanın qurucu ideologiyasını təmsil edən ən köklü siyasi təşkilatdır. Buna görə də hadisəyə sadəcə “təhlükəsizlik tədbiri” kimi baxmaq mümkün deyil. Bu cür sərt addımlar, xüsusilə də müxalifətin güclü olduğu İstanbul kimi bir mərkəzdə baş verirsə, artıq siyasi güc nümayişidir. Mesaj aydındır: hakimiyyət CHP-yə qarşı daha sərt davranmaq niyyətindədir və buna cəmiyyətin reaksiyasını yoxlayır”.

Qabil Hüseynli

Politoloq qeyd edib ki, bu, eyni zamanda, CHP-nin təşkilati fəaliyyət imkanlarının məhdudlaşdırılması və ya onun küçə dəstəyinin zəiflədilməsi cəhdidir:

“Bu cür taktikalar daha geniş və uzunmüddətli bir siyasi strategiyanın, yəni müxalifəti sistematik şəkildə zəiflətmək və ya tamamilə sıradan çıxarmaq cəhdinin bir parçası ola bilər.

Hazırda CHP-nin ləğvi hüquqi baxımdan masada görünmür. Amma bu tip hadisələr ictimai legitimliyin zəiflədilməsi ssenarisinin hissəsi ola bilər. Əgər bir siyasi təşkilat ictimaiyyətdə radikal, təhlükəli və ya qeyri-sabit qüvvə kimi təqdim olunarsa, onun ləğvi sonrakı mərhələlərdə daha asan əsaslandırıla bilər”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri