Icma.az
close
up
RU
Türkiyə çempionatında əcnəbilərin sayı yerli oyunçulardan çoxdu

Türkiyə çempionatında əcnəbilərin sayı yerli oyunçulardan çoxdu

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə çempionatında ilk dövrəyə ötən həftə keçirilən 17-ci turla yekun vuruldu. 17 tur ərzində 153 qarşılaşma baş tutub.

"Football-plus.az" xəbər verir ki, ilk dövrənin yekunlarına aid ən maraqlı məqam yerli və əcnəbi futbolçuların sayı ilə bağlıdı. Belə ki, elitada çıxış edən 18 komanda ümumilikdə 475 futbolçunun xidmətindən istifadə edib. Ən çox futbolçudan istifadə edən klub “Fənərbaxça”dı. İstanbul nəhəngi 32 fərqli futbolçuya şans verib. İstanbulun digər nəhəngi “Beşiktaş” (30) bu göstəricidə ikinci pillədə qərarlaşıb. Ən az (21) futbolçu oynadan klub isə “Kasımpaşa”dı.
Maraqlıdı ki, ilk dövrə ərzində oynamaq şansı qazanmış 475 futbolçudan 210-u yerli, 265-i isə əcnəbidi. Yəni qardaş ölkənin çempionatında əcnəbi futbolçuların sayı yerlilərdən çoxdu! İlk dövrədə legionerlərin xidmətindən ən çox yararlanan klub “Gənclərbirliyi”di. Debütant olan paytaxt təmsilçisi 18 legionerin xidmətindən yararlanıb. “Fənərbaxça”, “Trabzonspor” və “Kocaelispor” isə hərəyə 17 legioner oynadıb.
Digər tərəfdən, “Beşiktaş” yerlilərə güvənməsi ilə diqqəti çəkir. “Qartal” ilk dövrədə hamıdan çox – 16 yerli futbolçunun xidmətindən istifadə edib. Onu da bildirək ki, ilk dövrədə superliqada forma geyən 265 legioner 68 fərqli ölkəni təmsil edir. Türkiyə çempionatında ən çox futbolçu ilə təmsil olunan ölkələr Braziliya (25), Portuqalya (16), Nigeriya (11) və Seneqaldı (10).
Məşqçi istefalarına gəlincə, 18 klubdan yalnız altısı yoluna mövsümün əvvəlindəki məşqçi ilə davam edir. Söhbət “Qalatasaray”, “Trabzonspor”, “Kocaelispor”, “Samsunspor”, “Alanyaspor” və “Göztəpə”dən gedir. Digər 12 klubda isə məşqçi dəyişib. “Antalyaspor” və “Gənclərbirliyi” hətta iki dəfə məşqçi dəyişikliyinə getdiyindən bu mövsüm indiyə qədər ümumilikdə 14 istefa baş tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Yanvar 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri