Türkiyə çempionatında mövsümün ən gözəl qolu bəlli oldu
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Türkiyə çempionatında geridə qoyduğumuz mövsümün ən gözəl qolu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, superliqanın rəsmi ''X'' (tvitter) hesabında fanatlar arasında maraqlı sorğu keçirilib.
Finala ''Qalatasaray''ın futbolçularının vurduğu qollar yüksəlib. Söhbət ilk dövrədə Viktor Osimhenin səfərdə ''Antalyaspor''a başı üzərindən akrobatik zərbə ilə vurduğu qoldan və sondan əvvəlki turda Kaan Ayhanın ''Göztəpə'' ilə səfər oyununda cərimə zərbəsindən vurduğu qoldan gedir.
Böyük marağa səbəb olan sorğuda ümumilikdə 169 mindən çox futbolsevər iştirak edib. Finala qalan iki qol arasında belə demək mümkündüsə, yarış son ana qədər davam edib. Amma sonda nigeriyalı forvard qalib gəlib.
Beləliklə, Osimhenin 9-cu turda Antalya səfərində hesabı 3:0 etdiyi qol Türkiyə çempionatında 2024/25 mövsümünün ən gözəl qolu seçilib. Həmin qolda Osimhenin ayağı yerdən 2 metr 32 sm hündürlüyə qalxmışdı.
Baxış sayı:58
Bu xəbər 19 İyun 2025 06:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















