Türkiyə çempionatının sabiq bombardiri faciəvi şəkildə dünyasını dəyişib
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə çempionatında "Hatayspor" klubunun heyətində bombardir olmuş Qabon millisinin hücumçusu Aaron Bupendza Çində bədbəxt hadisə nəticəsində vəfat edib.
Trend-in məlumatına görə, futbolçu yaşadığı binanın 11-ci mərtəbəsindən yıxılaraq həyatını itirib. “Jeylanq” klubunun futbolçudan xəbər ala bilməyən nümayəndələri dərhal polisə məlumat veriblər.
İlkin ehtimallara əsasən, Bupendza özünü 11-ci mərtəbədən atıb. Hadisədən əvvəl futbolçunun evinə qardaşının gəldiyi və onların arasında səbəbi hələlik məlum olmayan münaqişə yaşandığı bildirilir.
Qeyd edək ki, Aaron Bupendza “Hatayspor”da parlaq çıxışı ilə yadda qalıb. O, həmçinin Fransa, Portuqaliya, Rumıniya, ABŞ, Qətər və Səudiyyə Ərəbistanı klublarında da çıxış edib. Hücumçu bu ilin yanvar ayından etibarən karyerasını Çində davam etdirirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 Aprel 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















