Icma.az
close
up
RU
Türkiyə çempionu ümidləri doğrultmadı

Türkiyə çempionu ümidləri doğrultmadı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Liqasının əsas mərhələsinin son turu Türkiyə təmsilçiləri üçün uğursuz keçdi.

İstanbul nəhənglərinin hər üçü səfərdə oynadı və hər üçü də qələbəyə həsrət qaldı.
Niderland – Türkiyə duelinin bir ayağı Amsterdamda, o biri ayağı Enshededə baş tutdu. İlk baxışdan “Qalatasaray”ın işi nisbətən asan olmalıydı. Çünki AL-də keçirdiyi son üç oyunda məğlub olan “Ayaks” artıq “8-liy”ə düşmək şansını itirmişdi.
Türkiyə çempionuna isə digər oyunların nəticələrində asılı olaraq “8-liy”ə düşmək üçün heç-heçə də kifayət edə bilərdi. Amma Okan Burukun komandası ümidləri doğrultmadı. Topa nəzarət edən, qol imkanları yaxalayan tərəf “Qalatasaray” olsa da, qolları “Ayaks” vurdu. İlk yarının ortalarında və 2-ci hissənin əvvəllərində buraxılan qollar qonaqları çətin vəziyyətə saldı.
“Sarı-qırmızılar” son yarım saatda Amsterdam nəhənginin qapısını mühasirəyə alsalar da, bu təzyiq yalnız bir qol üçün kifayət etdi. Osimhen 41 yaşlı Pasveerə “quru” oyun keçirməyə imkan verməyərək yekun nəticəni müəyyənləşdirdi. Beləliklə, “Ayaks”la “Qalatasaray” arasında tarixdəki ilk oyun niderlandlıların qələbəsi ilə yekunlaşdı. Məğlubiyyətsiz seriyası qırılan “sarı-qırmızılar” əsas mərhələni 14-cü pillədə tamamladılar. Amsterdamdan 163 km məsafədə yerləşən Enshede şəhərində isə “Beşiktaş” “canını tapşırdı”. Pley-offa vəsiqə üçün qələbəyə ehtiyac duyan “Qartal”da Sulşerin sehri gücünü çox tez gücünü itirdi. “Atletik” üzərindəki parlaq qələbədən sonra “Antalyaspor”la heç-heçə edən “Beşiktaş” bu dəfə çox mühüm qarşılaşmada zəif təsir bağışlayaraq həm qola, həm də xala həsrət qaldı. “Tvente”nin öz yetirməsi olan 23 yaşlı Daan Rotsun 76-cı dəqiqədə vurduğu qol oyunda yeganə oldu. Sulşerin komandası əsas mərhələni 9 xalla 28-ci pillədə tamamladı və avrokuboklarla vidalaşdı.
“Fənərbaxça” son turda Danimarkaya yollanmışdı. Joze Mourinyo cəzası üzündən oyunu tribunadan izləmək məcburiyyətində idi. Heç-heçə meydan sahiblərini artıqlamasıyla qane edəcəkdi. “Fənər” isə hadisələrin belə axarında digər oyunların nəticələrindən asılı olacaqdı. “Midtüllann” ilk yarının ortalarında hesabı açsa da, İstanbul nəhəngi 2-ci hissənin əvvəllərində artıq öndə idi. Ceko əvvəlcə Ən-Nəsiriyə fərqlənmək üçün şans yaratdısa, çox keçmədən özü də fərqləndi. Oyuna ciddi itkilərlə çıxan Joze Mourinyonun komandası uzun müddət qələbə hesabını qorusa da, sonluğu gətirə bilmədi. Məğlubiyyətlə barışmaq istəməyən “Midtüllann”ın təzyiqi sonda bəhrə verdi. Final fitindən sonra “Fənər”də diqqətlər Portuqaliyadakı oyuna yönəldi. Çünki “Braqa” “Latsio”nu 2 top fərqi ilə yensəydi, pley-offa məhz portuqaliyalılar yüksələcəkdi. Amma “Braqa” 6-cı dəqiqədə vurduğu qolun davamını gətirə bilmədi. Üstəlik bu komandanın 90-cı dəqiqədə vurduğu qol isə ofsayd üzündən sayılmadı!
Beləliklə, Mourinyonun komandası bir qədər bəxtin də köməyi ilə pley-offda iştiraka imkan verən sonuncu – 24-cü yeri tutdu.
Avropa Liqası, əsas mərhələ, 8-ci tur
Ayaks (Niderland) – Qalatasaray 2:1

Traore, 23. Fits-Cim, 58 – Osimhen, 90+4.
Qalatasaray: Muslera, Kaan Ayhan, Əbdülkərim Bardakcı, Sançes (Nelsson, 90), Berkan Kutlu (Batşuayi, 61), Torreyra, Sara, Yunus Akgün (Yelert, 61), Mertens (Yusuf Dəmir, 69), Barış Alpər Yılmaz (Efe Akman, 90), Osimhen.
Midtüllann (Danimarka) - Fənərbaxça 2:2
Diao, 27. Andreasen, 86 – Ən-Nəsiri, 39. Ceko, 47.
Fənərbaxça: İrfan Can Eğribayat, İsmayıl Yüksək, Ciku, Çağlar Söyüncü, Yusuf Akçiçək, Şimanski, Fred, Mərt Hakan Yandaş (İrfan Can Kahveci, 79), Tadiç (Cengiz Ündər, 90+4), Ən-Nəsiri (Cenk Tosun, 90+5), Ceko.
Tvente (Beşiktaş) – Beşiktaş 1:0
Rots, 76.
Beşiktaş: Mərt Günok, Svensson (Onur Bulut, 81), Əmirhan Topçu, Uduoxay, Masuaku, Əl Musrati, Fernandeş, Raşitsa (Mustafa Həkimoğlu, 81), Rafa Silva (Salih Uçan, 60), Muçi (Mario, 69), İmmobile (Semih Kılıçsoy, 46).
Faktlar
* “Qalatasaray” avrokuboklarda 326-cı oyundan 122-ci məğlubiyyətlə ayrıldı (116 qələbə, 88 heç-heçə, top fərqi – 448:492)
* “Qalatasaray”ın rəsmi matçlarda 26 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı (18 qələbə, 8 heç-heçə). Komanda sonuncu dəfə avqustun 28-də ÇL-in təsnifatında evdə “Yanq Boyz”la oyunda uduzmuşdu (0:1).
* “Qalatasaray” bu mövsüm 32-ci rəsmi oyunda 27-ci dəfə qapısını toxunulmaz saxlaya bilmədi!
* “Qalatasaray” AL-in əsas mərhələsində 8 oyuna 16 qol buraxdı və ilk “24-lük”də ən çox top buraxan komanda oldu! Amma digər tərəfdən “Cim-Bom” 19 qolla əsas mərhələnin ən məhsuldar komandası oldu.
* “Ayaks” Türkiyə klublarına qarşı keçirdiyi 14-cü oyunda 12-ci qələbəsini qazandı (1 heç-heçə, 1 məğlubiyyət). Avrokuboklar tarixində Türkiyə təmsilçilərinə qarşı bundan daha çox (13) qələbə qazanan yeganə komanda Kiyev “Dinamo”sudu!
* “Qalatasaray” səfərdə Niderland klublarına qarşı keçirdiyi 6-cı oyunda da qalib gələ bilmədi (1 heç-heçə, 5 məğlubiyyət). Ümumilikdə İstanbul nəhəngi Niderland təmsilçilərinə qarşı keçirdiyi 10 oyundan 2 qələbə, 1 heç-heçə, 7 məğlubiyyətlə ayrılıb.
* “Qalatasaray” AL tarixində səfərdə “Ayaks”a qarşı oyunda qapıya ən çox (28) zərbə endirən komanda oldu.
* “Qalatasaray”ın avrokuboklarda keçirdiyi son 12 səfər oyununda yalnız bir qələbəsi var (8 heç-heçə, 3 məğlubiyyət).
* “Fənərbaxça” avrokuboklarda 282-ci oyundan 60-cı bərabərliklə ayrıldı (111 qələbə, 111 məğlubiyyət, top fərqi - 383:402).
* “Fənərbaxça” Danimarkaya son səfərində - 2023-ün noyabrında “Norşellann”a 1:6 hesabıyla uduzmuşdu. Həmin oyuna qədər isə “Fənər” Danimarka təmsilçilərinə qarşı keçirdiyi hər 3 qarşılaşmadan qələbə ilə ayrılmışdı.
* “Midtüllann” ilk dəfə bir Türkiyə təmsilçisinə qarşı oyunda qol vurdu və məğlub olmadı. Bu komanda Türkiyə klublarından daha öncə 2016/17-də AL-in təsnifatında “Ankaraspor”la qarşılaşmış və hər iki oyunda qol vurmadan uduzmuşdu.
* “Beşiktaş” avrokuboklarda 252-ci oyundan 108-ci məğlubiyyətlə ayrıldı (95 qələbə, 49 heç-heçə, top fərqi – 338:384).
* “Beşiktaş” Niderland təmsilçilərinə qarşı səfərdə keçirdiyi 7-ci oyundan 6-cı məğlubiyyətlə ayrıldı. “Qartal” indiyə qədər Niderlandda yeganə qələbəsini 2014/15-də ÇL-in təsnifatında “Feyenoord”la oyunda əldə edib (2:1).
* “Beşiktaş” avrokuboklarda keçirdiyi son 10 səfər oyununun cəmi 2-də qola həsrət qalıb. Maraqlıdı ki, hər iki oyun Niderland təmsilçilərinə (“Ayaks” 0:4, “Tvente” 0:1) qarşı olub.
* “Tvente” Türkiyə klublarına qarşı keçirdiyi 10-cu oyunda 4-cü qələbəsini qazandı (1 heç-heçə, 5 məğlubiyyət) və ilk dəfə qapısını toxunulmaz saxladı.
Oyundan sonra
Françesko Farioli, “Ayaks”ın baş məşqçisi:

“Oyunçularıma təşəkkür edirəm. Gözəl futbol ortaya qoydular. Nəyə qadir olduğumuzu bir daha göstərdik. Amma sevinməyə vaxt yoxdu. Çünki bir neçə gün sonra bizi “Feyenoord”a qarşı daha bir çətin oyun gözləyir. “Qalatasaray”ın ulduzları yaxşı formadadı. Bu gün də yaxşı performans sərgilədilər. Yunus Akgün və Barış Alpər Yılmazın necə oynadığını gördük. Türkiyə futboluna böyük hörmətim var və çempionatı da yaxından izləyirəm. “Qalatasaray” bu gün qapımıza 28 zərbə endirsə də, futbolda çox zərbə vuran yox, çox qol vuran qazanır. Bizim zərbələrimiz daha dəqiq alındı”.


Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Oyunun əvvəllərində istəkli görünmədik. Topu tez-tez itirirdik. Sonra bizim üçün çətin və stressli anlar başladı. Son yarım saatda fəallaşdıq. Oyunun özəti budu ki, ideal oynamadan çox qol fürsəti yaratdıq. Bir avrokubok matçında bundan çox fürsət yaxalamaq mümkün olmazdı. Əlverişli şansları əldən verdik. Son anlarda bir dəqiqə içində oyunu 2:2-yə gətirə bilərdik. Batşuayi və Osimhenin şansları oldu. Avrokubok matçında bu qədər qol fürsətini qaçırırsansa, üstəlik belə axmaq qollar buraxırsansa, məğlubiyyətə məhkumsan. AL-də ən çox qol vuran və ən çox fürsət yaxalayan komandayıq. Amma çox qol buraxmağımız üzündən hədəfə çata bilmədik. Əsas mərhələdə ilk dəfə uduzduq. “8-liy”ə düşsəydik, bir mərhələ az oynacaqdıq. Artıq toparlanıb önümüzdəki oyunlara hazırlaşacağıq. UEFA-nın iştirak ərizəsinə 3 yeni oyunçu salmaq ixtiyarımız var. Bunun da üzərində düşünəcəyik. Transfer üçün hələ vaxtımız var. Oyunumuza uyğun gələn futbolçular alacağıq”.


Tomas Tomasberq, “Midtüllann”ın baş məşqçisi:

“Həyəcanlı oyun oldu. Bərabərliyin bizim üçün yetərli olacağını bilirdik. Vurduğumuz 2-ci qoldan sonra “Fənərbaxça” təşvişə düşdü. 1 qolun onlar üçün böyük əhəmiyyəti var idi. Nəticədən razıyam və yolumuza davam edirik. Bu gün komandamın enerjisindən və mübarizə əzmindən məmnun qaldım. Pley-offda rəqibimiz “Qalatasaray” da ola bilər. Onlara qarşı da layiqli şəkildə oynayacağıq. “Fənər”lə “Qalatasaray” eyni səviyyədədi. Amma Türkiyədə fərqli və çətin bir atmosfer olur”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“Bildiyiniz kimi, bu oyunda “möhtəşəm” bir qayda üzündən cəzalıydım. Avropada məşqçi komandanı meydana gec çıxardığına görə cəzalanır. Amma miks zonaya gəlib fanatlarımıza mesaj vermək istədim. Layiqli şəkildə pley-offa yüksəldik. Lap bunu bacarmasaydıq belə, yenə də oyunçularımla qürur duyacaqdım. Fanatlarımız da onlarla qürur duymalıdı. Heyətlə bağlı çox ciddi sıxıntılarımız var idi. Ehtiyatda cəmi 3 futbolçumuz var idi. Gəncləri saymasaq, bura yalnız 14 futbolçu ilə gəlmişdik. Hər kəs əlindən gələni etdi. Bundan çətin şərtlər düşünmək mümkün deyildi”.


Cozef Ostinq, “Tvente”nin baş məşqçisi:

“Mənim üçün çox gözəl bir doğum günü hədiyyəsi oldu. Rəqibi oyunboyu təzyiq altında saxladıq. Uzun müddət qol vura bilməsək də, həvəsdən düşmədik. Soyuqqanlı şəkildə oyun planımıza sadiq qaldıq. Hücumda yaxşı təsir bağışladıq. Çox çətin rəqiblərlə oynadıq. Əslində bizim pley-offa yüksələcəyimizə az adam inanırdı. Amma bunu bacardıq və çox sevincliyik”.


Ole Qunnar Sulşer, “Beşiktaş”ın baş məşqçisi:

“Topa rəqibdən daha çox nəzarət etsək də, futbolda qol fürsətləri yaxalamaq daha önəmlidi. Bu gün qalib gəlmək üçün yetərlincə fürsət yaxalamadıq. Rəqibin müdafiəsini yara bilmədik. Bunun üzüntüsünü yaşayıram. Qalib gəlməyi, hücumda şanslar yaratmağı öyrənməliyik. Mən məhz buna görə burdayam. Amma ilk növbədə sabitlik yaxalamalıyıq. Oyunçuları da gözəl anlayıram. Son dönəmlərdə bu komandada çox məşqçi dəyişikliyi baş verdi. Bu oyunçulara uyğun olan sistemi oturtmaq lazımdı. Rafa Silvanın hələ oyundan öncə ağrıları var idi. Amma oynamaq istədi. Onu da, İmmobileni də zədə üzündən əvəzlədim”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri