Icma.az
close
up
RU
Türkiyə Cümhuriyyəti uğrunda təməl savaşı

Türkiyə Cümhuriyyəti uğrunda təməl savaşı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

104 il əvvəlin zəfər salnaməsi Türk dünyasının da tarixi öyüncüdür

30 avqust 1922-ci ildə həyata keçirilən Böyük Taarruz və Dumlupınar meydan müharibəsi Türkiyənin İstiqlal savaşının həlledici hərbi mərhələsini təşkil etdi. Mustafa Kamal Paşanın komandanlığı altında qazanılan bu möhtəşəm zəfər yalnız düşmən qüvvələrinin darmadağın edilməsi ilə məhdudlaşmırdı. Bu qələbə ilə türk xalqının öz siyasi taleyinə sahib çıxmaq iradəsi təsdiqləndi, milli müstəqillik uğrunda mübarizənin dönməz xarakter aldığı bütün dünyaya nümayiş etdirildi. Dumlupınar ərazisi dövlətçilik ənənələrinin ən ağır geosiyasi sınaqdan keçdiyi tarixi məkana çevrildi.

Hərbi əməliyyatların məntiqi yekunu sonrakı mərhələdə Türkiyə Cümhuriyyətinin hüquqi, həmçinin siyasi təməllərinin qurulmasına gedən yolu tamamilə açdı. 1922-ci ilin avqustunda əldə edilən hərbi uğurlar Antanta dövlətlərinin Anadolunun gələcəyi ilə bağlı planlarını alt-üst etdi və sonrakı mərhələdə Lozanna sülh masasında Türkiyənin diplomatik üstünlük qazanmasının möhkəm əsasını yaratdı.

Böyük Taarruz hərəkatının planlaşdırılması aylarla davam edən məxfi hazırlıqların, dəqiq logistik hesablamaların, həmçinin genişmiqyaslı strateji kəşfiyyat fəaliyyətlərinin məhsulu hesab olunur. Avqustun 26-da başlayan intensiv artilleriya hücumları qısa müddət ərzində düşmən xətlərinin yarılması ilə nəticələndi. Türkiyə ordusunun mobil qoşun birləşmələrinin qəfil zərbələri qarşısında müqavimət imkanlarını tam itirən işğalçı qüvvələr sürətlə geri çəkilməyə məcbur qaldı.

30 avqust tarixində baş tutan həlledici toqquşma qarşı tərəfin əsas zərbə qüvvələrinin məhv edilməsi prosesini yekunlaşdırdı. Həmin gün nümayiş etdirilən qətiyyət cəmiyyətin, bütövlükdə dövlətin birliyinin ən çətin böhran vəziyyətlərini kökündən dəyişdirmək iqtidarında olduğunu göstərdi. Türkiyənin uğurla başa vurduğu İstiqlal mübarizəsi yalnız Anadolu ilə məhdudlaşmadı, qonşu coğrafiyalarda yaşayan türkdilli xalqlar arasında milli şüurun oyanışı və milli kimliyin möhkəmlənməsi ideyalarına güclü təkan verdi.

Dumlupınarda nümayiş etdirilən əzmkarlıq yalnız keçmişə aid tarixi fakt kimi arxivlərdə qalmayıb. 104 il bundan əvvəl ortaya qoyulan suverenlik iradəsi və qardaşlıq ruhu bu gün Türk dünyasının təşkilatlanma və inteqrasiya proseslərinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Bir əsr əvvəl hərbi çadırlar altında müzakirə edilən milli xilas planları bu gün geniş coğrafiyanı əhatə edən siyasi və iqtisadi əməkdaşlıq platformalarının təməlində dayanır. 1922-ci ildə hərbi güclə qorunan milli iradə müasir dövrdə iqtisadi, siyasi və geosiyasi gücə transformasiya olunur. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında gündən-günə genişlənən əlaqələr həmin tarixi dirçəliş ruhunun müasir siyasi davamı kimi diqqət çəkir.

Bu gün dövlətlərarası münasibətlər artıq yalnız ortaq etnik və mədəni bağlarla məhdudlaşmır, konkret hüquqi və institusional mexanizmlərlə daha yüksək əməkdaşlıq səviyyəsinə yüksəlir. Türk Dövlətləri Təşkilatı məhz bu inteqrasiya prosesinin beynəlxalq müstəvidə formalaşmış əsas platformasıdır. Təşkilatın gündəliyi iqtisadiyyat və ticarətdən təhlükəsizlik, təhsil, nəqliyyat, rəqəmsallaşma və texnologiyaya qədər geniş spektri əhatə edir.

* * *

30 avqust Zəfər tarixinin arxasında qalan mühüm səhifələrdən biri də Azərbaycan xalqının göstərdiyi təmənnasız qardaşlıq və yardımla bağlıdır. Qurtuluş savaşının ən ağır günlərində Azərbaycan cəmiyyəti Türkiyəyə mənəvi və maddi dəstək göstərən xalqlar arasında xüsusi yer tuturdu. Bakı ilə Ankara arasında formalaşan sarsılmaz həmrəylik həmin illərdə özünü göstərən və sonrakı dövrdə “bir millət, iki dövlət” fəlsəfəsində ifadə olunan qardaşlığın tarixi köklərini aydın şəkildə nümayiş etdirirdi.

Azərbaycan hökuməti mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Türkiyəyə maliyyə və maddi yardım göstərilməsi, o cümlədən neft məhsullarının göndərilməsi istiqamətində mühüm addımlar atdı. Bakıdan Ankaraya çatdırılan maliyyə vəsaiti və strateji resurslar İstiqlal mübarizəsinin ağır şərtlərində Türkiyənin ehtiyaclarının qarşılanmasına mühüm töhfə verdi. Xəzər və Qara dəniz üzərindən həyata keçirilən daşımalar isə enerji və digər strateji resursların Türkiyəyə çatdırılmasında mühüm rol oynayırdı. Azərbaycanın bu yardımı sadəcə maddi dəstəkdən ibarət deyildi. Bu, tarixin ən çətin məqamlarından birində iki xalq arasında mövcud olan mənəvi bağlılığın, qarşılıqlı etimadın və ortaq milli iradənin təzahürü idi. Dumlupınarda qazanılan Zəfərdə Azərbaycanın adı məhz qardaşlıq səhifəsi ilə xüsusi yer tutur.

Keçən əsrdə formalaşan qarşılıqlı dəstək ənənəsi müasir dövrün hərbi-siyasi sınaqları qarşısında da öz gücünü və səmərəliliyini nümayiş etdirdi. Bir əsr əvvəl Ankaraya uzanan qardaş əli bu dəfə Türkiyə tərəfindən Azərbaycana uzadıldı. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyə rəhbərliyinin ilk saatlardan etibarən nümayiş etdirdiyi qətiyyətli siyasi mövqe Azərbaycanın yanında olduğunu bütün dünyaya aydın şəkildə göstərdi və kənar qüvvələrin münaqişəyə hərbi müdaxilə ehtimalına qarşı mühüm çəkindirici amil formalaşdırdı. Ankara və Bakının diplomatik, siyasi və informasiya müstəvilərində nümayiş etdirdiyi koordinasiyalı mövqe Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verdi. İki paytaxtın siyasi iradəsinin sinxronluğu nəticəsində bölgədə uzun illər mövcud olmuş status-kvonun dəyişməsi üçün tarixi şərait yarandı.

Hərbi əməliyyatların Azərbaycanın qələbəsi ilə başa çatması və Şuşanın işğaldan azad edilməsindən sonra imzalanan Şuşa Bəyannaməsi isə bu qardaşlığın dövlətlərarası münasibətlər müstəvisində ən yüksək hüquqi ifadəsinə çevrildi. 15 iyun 2021-ci ildə imzalanan sənəd Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldərək iki ölkə arasında strateji əməkdaşlığın hüquqi və institusional çərçivəsini daha da möhkəmləndirdi.

Milli müstəqilliyin qorunması yalnız siyasi sənədlərin imzalanması ilə tamamlanan proses deyil. Siyasi suverenliyin möhkəm dayaqları sırasında iqtisadi müstəqillik və güclü müdafiə sənayesinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan, 30 avqust Zəfərindən sonra Türkiyənin iqtisadi müstəqilliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar sonrakı inkişaf modelinin təməllərini formalaşdırdı. Eyni strateji yanaşmanın müasir Azərbaycanda da özünü göstərdiyini qeyd etmək mümkündür. Ölkənin enerji resurslarından əldə etdiyi gəlirlərin mühüm hissəsinin iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, müdafiə qabiliyyətinin və milli müdafiə sənayesinin gücləndirilməsinə yönəldilməsi uzunmüddətli dövlət strategiyasının mühüm istiqamətlərindən birinə çevrildi.

Bu siyasət Azərbaycanın hərbi-texniki imkanlarının genişlənməsinə və təhlükəsizlik sahəsində xarici asılılığın azalmasına zəmin yaratdı. Bu gün Azərbaycan və Türkiyənin müasir silah sistemlərinin hazırlanması və istehsalı sahəsində əldə etdiyi nəticələr iki ölkənin strateji müstəqilliyini daha da gücləndirir. PUA sistemləri, raket texnologiyaları, zirehli texnika və digər hərbi-texniki istiqamətlərdə həyata keçirilən birgə layihələr müdafiə sənayesi üzrə əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.

30 Avqust Zəfərinin bəşəriyyətə öyrətdiyi ən böyük dərs xarici siyasi asılılıqdan tamamilə imtina edərək daxili resurslara, eləcə də qardaş xalqların etibarlı dəstəyinə güvənməyin həyati əhəmiyyətidir. Müasir beynəlxalq sistemin xaos yaradan strukturunda sağ qalmaq, inkişaf trayektoriyasını cızmaq, geosiyasi maraqları reallaşdırmaq yalnız güclü iqtisadiyyat, müasir ordu, eyni zamanda, sarsılmaz ittifaqlarla mümkündür. 1922-ci ilin şanlı tarixi irsi hazırda iqtisadi inkişaf, rəqəmsal transformasiya, elmi-texniki tərəqqi, həmçinin beynəlxalq diplomatik masalardakı mütləq üstünlüklə addım-addım davam edir.

Sadaladığımız faktlar, statistik rəqəmlər, tarixi arxiv sənədləri qeyd edilən qardaşlıq oxunun sarsılmazlığını, bölgənin taleyini müəyyən edən əsas güc mərkəzinə çevrildiyini beynəlxalq ictimaiyyətə açıq şəkildə bəyan edir.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri