Türkiyə DİN: Son 5 gündə etirazlarla bağlı 1133 nəfər saxlanılıb, 123 polis yaralanıb
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya və terror istintaqı ilə bağlı 5 gün davam edən etirazlarda 1133 şübhəli saxlanılıb.
APA xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşımında bildirib.
Qeyd olunub ki, polisə basqın edən, xalqın əmlakına zərər vuran şəxslər barəsində məhkəmə prosesi davam etdirilir. Tutulanlar arasında 12 müxtəlif terror təşkilatına bağlı şəxslər müəyyən edilib.
Daxili işlər naziri 5 gün davam edən etirazlarla bağlı 123 polisin yaralandığını da açıqlayıb.

Aksiyalarda 123 polis yaralanıb, 1133 etirazçı saxlanılıb RƏSMİ
24 Mart 2025 14:43
DİN: Son sutkada 49 nəfər saxlanılıb
01 Avqust 2025 10:28
DİN: Son iki gündə 73 cinayət faktı qeydə alınıb, 58 nəfər saxlanılıb
21 İyul 2025 10:03
Qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb
24 Mart 2025 20:11
Son iki gündə 52 nəfər saxlanılıb
07 İyul 2025 10:33

