Icma.az
close
up
RU
Türkiyə dünyanın 125 ölkəsi ilə 350 təhsil müqaviləsi imzalayıb

Türkiyə dünyanın 125 ölkəsi ilə 350 təhsil müqaviləsi imzalayıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 25 oktyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyə beynəlxalq təhsil əlaqələrini gücləndirmək və hüquqi əsas üzərinə qurmaq məqsədilə dünyanın 125 ölkəsi ilə 350 müqavilə imzalayıb. İkili sazişlər, qardaş məktəb layihələri, təqaüd və müəllim mübadiləsi proqramları Türkiyənin regional və qlobal səviyyədə tanınmasını da artıran faktorlardandır. Milli Təhsil Nazirliyinin (MEB) rəhbərliyi ilə həyata keçirilən təhsil diplomatiyası eyni zamanda mədəni tərəfdaşlıqları gücləndirərək dünya miqyasında davamlı əlaqələrin qurulmasına da şərait yaradır.

AZƏRTAC xəbər verir ki, bu çərçivədə, digər türkdilli ölkələr, o cümlədən Azərbaycan da daxil olmaqla Türkiyə Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) Qətərə, Yunanıstandan Liviyaya, Konqodan Monqolustana qədər geniş coğrafiyada əməkdaşlıqlar və qarşılıqlı anlaşma memorandumları əsasında təhsil sahəsində fəaliyyət davam etdirilir. Bura ali və peşə təhsili sahələri də daxildir.

Türkiyənin qlobal təhsil şəbəkəsini genişləndirmək məqsədilə son iki ildə 14 ölkə ilə 16 yeni sənəd imzalanıb. Suriya ilə müəllim hazırlığı, peşəkar inkişaf və xüsusi təhsil sahələrini əhatə edən protokol imzalanıb.

Bu ilin iyun ayı etibarilə Türkiyənin 13 ölkədə 65 təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 12 mindən çox şagird təhsil alır, 679 müəllim çalışır.

1994-cü ildən bəri Türkiyə məktəbləri ilə 64 ölkədən 1 229 təhsil müəssisəsi ilə qardaş məktəb əlaqəsi qurulub. 2024–2025-ci tədris ilində 8 ölkədə 2 174 şagirdə türkcə və mədəniyyət dərsləri tədris olunub. Növbəti dövrdə bu sayın 11 ölkəyə çatdırılması planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri