Icma.az
close
up
RU
Türkiyə erkən seçkilərə gedir? Utancverici addım atılıb”

Türkiyə erkən seçkilərə gedir? Utancverici addım atılıb”

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, İstanbulun Maltepe rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunan sədri Əkrəm İmamoğluya dəstək mitinqi keçirilib. Meydanları dolduran aksiya iştirakçıları tərəfindən “Haqq, hüquq, ədalət” şüarları səsləndirilir.

Həmçinin TRT, “CNN-Türk”, NTV, TGRT, “A Haber”, “Beyaz TV”, həmçinin “Dəmirörən” və “Turkuvaz” media qrupları da daxil olmaqla hökumətyönlü media qurumları, o cümlədən “ETSTur” turizm şirkəti və “EspressoLab” kafe zənciri boykot olunmağa başlayıb.

Türkiyə müxalifətinin bu addımları ölkə iqtisadiyyatına ziyansız ötüşmür. Digər tərəfdən, müxalifətin əsas məqsədi ölkədə erkən prezident seçkilərinin keçirilməsi və İmamoğlunun namizədliyinin irəli sürülməsidir. Artıq erkən seçkilər üçün imzatoplama kampaniyası da başlayıb.

Küçə hərəkatı, mitinqlər Türkiyədə iqtidar dəyişikliyi yarada bilərmi? Hazırkı proseslər Ərdoğan iqtidarına sərf edir, yoxsa onu təhdid edir?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Türkiyədə qarışıqlıq yaratmaq istəyən qüvvələr pozuculuq işləri aparırlar:

“İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində 23 martda həbs qərarı çıxarılıb. İmamoğlu həbsinin siyasi məqsəd daşıdığını bildirir. Əgər haqlıdırsa, ittihamları ləğv edəcək sübutlar təqdim etməli idi. Ərdoğan iqtidarının apardığı araşdırmalar nəticəsində İmamoğlunun dəfələrlə rüşvət alması, korrupsiya əməlləri aşkara çıxıb. Bütün bunlar barəsində təkzibolunmaz faktlar var. Heç kim qanundan üstün deyil. İmamoğlu özünü daha güclü siyasi lider bilir və Türkiyə prezidenti olmaqda iddialıdır”.

Politoloqun sözlərinə görə, son mitinqlər Türkiyə iqtisadiyyatına ciddi ziyan vurur:

“Mütəxəssislərin hesablamalarına görə, mitinqlərin birinci günündə ölkə iqtisadiyyatına 8 milyard dollar ziyan dəyib. Bu gün ana müxalifət partiyası öz əməlləri üçün əsasən gənclərdən istifadə edir. Türkiyənin orta yaş və yaşlı nəslinin əksəriyyəti Ərdoğan hakimiyyətini dəstəkləyir. Onlar bildirirlər ki, bu gün Türkiyənin çox yaxşı inkişaf etməsində Ərdoğanın böyük rolu var. Müxalifətin yaratdığı qarşıdurmalar əsaslı deyil. Ərdoğanın erkən seçkilərə getməsinə və bu seçkilərdə də İmamoğlunun prezident seçilməsinə çalışırlar. Sözügedən həbs prosesinə siyasi motiv geyindirmək cəhdləri buna hesablanıb”.

Maltəpə mitinqi

Elşad Həsənov qeyd edib ki, Türkiyə müxalifəti ölkə daxilində baş verən proseslərdə xarici ölkələrin də dəstəyini almağa çalışır:

Bu, utancverici haldır. Partiya gərək ilk növbədə öz xalqının dəstəyini alsın. Amma bunlar xarici ölkələrə müraciət edirlər. Deməli, gələcəkdə Türkiyənin maraqlarını da həmin ölkələrə satacaqlar. Müxalifət partiyasının çağırışları Türkiyənin imicinə böyük ziyan vurur.

ABŞ Prezidenti Donald Tramp Ərdoğanı güclü siyasətçi kimi qəbul edir. Münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsinə çalışır. Azərbaycan da Ərdoğan iqtidarının yanındadır. Rəcəb Tayyib Ərdoğanın belə mitinqlər hesabına erkən seçkilərə gedəcəyini düşünmürəm”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Mart 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri