Türkiyə Ermənistan qarşısında bu şərti qoydu KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Ömər Çelik bildirib ki, Azərbaycanın qoyduğu şərtlər yerinə yetirildikdən sonra Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesini sürətləndirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Ömər Çelik izah edib ki, söhbət Ermənistan Konstitusiyasına dəyişikliklər və ATƏT-in Minsk Qrupunun buraxılmasından gedir.
O, “əslində artıq mövcud olmayan və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə verməyən” Minsk Qrupunun rəsmən ləğvinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə danışıqların başa çatması Cənubi Qafqaz üçün mühüm mərhələdir.
Qeyd edək ki, martın 13-də Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri sülh haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı bəyanat yayıblar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 17 Mart 2025 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















