Icma.az
close
up
RU
Türkiyə Ermənistan sərhədi açılır?

Türkiyə Ermənistan sərhədi açılır?

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlumdur ki, martın 5-i 2025 - ci il tarixində Azərbaycan və Türkiyə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində  videobağlantı formatında iştirak ediblər. Bu çox önəmli tarixi bir hadisədir.  Bu kimi addımlar Zəngəzur dəhlizinin, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin və o cümlədən də Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində ümidləri daha da artırır. Dəfələrlə Türkiyə rəsmiləri tərəfindən bildirilib ki, Türkiyə ilə Ermənsitan sərhədinin açılması təşəbbüsü davam edir.

Ümumiyyətlə Türkiyə və Ermənistan sərhəddinin açılması nə zaman mümkün olacaq? Zəngəzur dəhlizi məsələsi öz həllini necə tapacaq? 

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım   Referans.az - a açıqlamasında bildirib ki,  Prezident Rəcəb Tayyib Ərdoğan bu mövzuda dəfələrlə öz fikrini bildirib. Yerigəlmişkən bu günlərdə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Naxçıvan-İğdır qaz boru xəttinin açılışı ilə əlaqədar çox mühüm bir mərasim gerçəkləşdi. Təbii ki, bu kimi addımlar çox müsbətdir. Türkiyə-Ermənistan arasında sərhədlərin açılması üçün isə ilk növbədə Azərbaycanla Ermənistan dövlətləri arasında sülh müqaviləsinin imzalanması mütləqdir.  Şükürlər olsun ki, artıq Qarabağ problemi öz həllini tapıb.  Türkiyənin Ermənistanla sərhədlərin açılması ilə bağlı razılaşma yalnız haqqında danışdığımız sülh sazişindən sonra mümkündür. Əks təqdirdə isə indiki vəziyyət olduğu kimi davam edəcəkdir.

Türkiyə Parlamentinin deputatı həmçinin onu da qeyd edib ki, Azərbaycan dövləti Ermənistanla bütün problemlərin həll olunduğunu dediyi an biz sərhədləri açmağa hazırıq.  Türkiyə üçün önəmli olan məqam ondan ibarətdir ki, Qafqazda qalıcı sülh qorunub saxlanılsın. Əgər Zəngəzur dəhlizi açılmış olsa o zaman Azərbaycan qazı birbaşa Türkiyəyə nəql olunacaqdır.  

Millət vəkili eyni zamanda onu da diqqətə çatdırıb ki, Ermənistan Fransa və onun kimi havadarlarının təsirindən çıxa bilmir. Ermənistan bir tərəfdən sərhədləri açaq deyir, digər tərəfdən isə silahlanır. Beləliklə də erməni tərəfinin mövqeyində heç bir müsbət mövqe yoxdur. Həm də Ermənistanın Konstitusiyasında Türkiyədən və Azərbaycandan torpaq tələbləri mövcuddur. Yəni, əvvəlcə Ermənistan öz Konstitusiyasında olan bu mənasız iddialardan imtina etməlidir. 

Şamil Ayrım onu da vurğulayıb ki, hazırki vəziyyətdə nə Azərbaycan Prezidenti  nə də Türkiyə Prezidenti tərəfindən sərhədlərin açılması ilə bağlı konkret bir fikir bildirilmir. Amma onlar qərar verəndən dərhal sonra sərhədlərin açılması reallaşcaqdır.  Problem bundan ibarətdir. 

Türkiyə millət vəkili xüsusilə bir daha qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişindən sonra Türkiyə ilə Ermənistanın dövlət sərhədləri mütləq açılacaq. Lakin gərək əvvəlcə erməni tərəfi  bayaq qeyd olunan Konstitusiya dəyişikliyini həm Azərbaycanın həm də Türkiyənin maraqları çərçivəsində həyata keçirsin. Çünki Ermənistan son zamanlar bu mövzuda bir neçə tələblər irəli sürüb. Ümumilikdə isə biz bu məsələnin həlli üçün bir az gözləməli olacağıq və müəyyən bir vaxta ehtiyacımız var.  

Türkiyə parlament üzvü Zəngəzur dəhlizi ilə bağlı mövqeyini də bildirib. O deyib ki, əgər Ermənistan Azərbaycanın təkliflərini qəbul etmədiyi halda Azərbaycanın alternativ olaraq İran vasitəsilə Araz çayı üzərindən 2 körpünün inşası ideyası çox məntiqlidir.  Zəngəzur dəhlizi birmənalı olaraq sözsüz ki, çox önəmlidir. Lakin burada Ermənistan rəhbərliyinin düzgün addım atıb atmayacağı müzakirə mövzusudur. Bir neçə müddət əvvəl Nikol Paşinyan bu məsələ ilə bağlı 1987- ci il erməni tarixindən nümunələrə diqqət çəkmişdi. Hər kəs bilir ki, Paşinyan bu gün dediyi sözü sabah inkar edən bir adamdır. Çünki o əvvəlvə Ermənistan Konstitusiyasındakı bizə qarşı əsassız iddiaların ləğvinə razı olsa da sonradan müxtəlif bəhanələrlə öz sözündən döndü. 

"Bütün bunlara baxmayaraq biz yenə də xoşniyyətli olmağa davam edirik. İnşallah mütləq şəkildə Qafqazda sülh olacaqdır. Sülhün əldə edilməsi bütün region üçün çox böyük əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi hələ də ya bunu anlamaq istəmir ya da anlamır", - deyə Türkiyə millət vəkili Şamil Ayrım əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri