Türkiyə Ermənistan sərhədi bu həftə açılacaq Keçid məntəqəsi tam hazırdır
Icma.az, Bakupost saytına istinadən bildirir.
Ermənistan və Türkiyə arasında qismən quru sərhədinin 1 fevraldan etibarən açılması gözlənilir. Bu barədə Ermənistan və Türkiyə rəsmi şəxsləri məlumat verib. Keçid məntəqəsi hazır vəziyyətə gətirilib və sərnişin və yüklərin yoxlanılması üçün bütün texniki avadanlıqlar quraşdırılıb.
Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan rəsmiləri Marqara sərhəd-keçid məntəqəsində aparılan yoxlamalar zamanı bildirib ki, gömrük və sərhəd prosedurlarını həyata keçirəcək personal artıq müəyyənləşdirilib və sərhəd açılan kimi fəaliyyətə başlayacaq. Qeyd olunur ki, sərhədin açılması üçüncü ölkə və diplomatik pasport sahiblərinə şamil olunacaq.
Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan jurnalistlərə açıqlamasında yalnız onu bildirib ki, Türkiyə tərəfi sərhədin öz hissəsində – Alican keçid məntəqəsində bərpa işləri aparır.
Ekspertlər vurğulayır ki, sərhədin açılması Ermənistan–Türkiyə münasibətlərində normallaşma prosesinin davamı kimi qiymətləndirilir və regional strateji maraqlar baxımından da əhəmiyyətlidir. Eyni zamanda, Ermənistan–Azərbaycan–Türkiyə üçtərəfli münasibətlərinə də təsir göstərə biləcək mühüm addımdır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Türkiyə Ermənistan sərhədində keçid məntəqəsi AÇILIR
10 Fevral 2025 20:25
Ermənistan Türkiyə sərhədi nə vaxt açılacaq?
20 Mart 2025 12:00
Türkiyə Ermənistan sərhədi nə vaxt açılacaq?
11 Avqust 2025 14:51
Ermənistan Türkiyə sərhədi pozuldu
12 Dekabr 2024 22:11
Türkiyə Ermənistan sərhədi açılır?
07 Mart 2025 20:26
Baxış sayı:30
Bu xəbər 28 Yanvar 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















