Türkiyə Ermənistan sərhədinin açılması ilə bağlı proseslər intensivləşib AÇIQLAMA
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Türkiyə və Ermənistan sərhədinin açılması ilə bağlı proseslər intensivləşib. Bu proseslər Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının tempinin artdığı bir dövrə təsadüf edir".
Bu fikirləri Redaktor.az-a siyasi şərhçi Ülviyyə Zülfüqar Türkiyə-Ermənistan sərhədinin açılması istiqamətində aparılan müzakirələrdən danışarkən bildirdi.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı proseslər irəlilədikcə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması prosesində də intensivlik görünür:
"Tərəflər arasında keçirilən görüşlər, o cümlədən Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiyası ilə bağlı paralel görüşlər müşahidə olunur. Hal-hazırda gedən proseslər həm texniki cəhətdən daha çox intensivlik daşıyır, həm də müəyyən ön prosesləri özündə ehtiva edir və bir növ həmin dövrə hazırlıq xarakteri daşıyır. Qeyd etdiyim kimi, texniki cəhətdən də intensivləşmə müşahidə olunur. Lakin son siyasi iradə aydındır: Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, sərhədlərin açılması Azərbaycanla Ermənistan arasında proseslərin tam normallaşmasından, yəni bu halda sülh müqaviləsinin imzalanmasından sonra baş tutacaq".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 18 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















