Türkiyə fəlakət zonası üçün əlavə yarım milyard dollar vəsait cəlb edib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə hökuməti 2023-cü ilin dağıdıcı zəlzələsindən zərər çəkmiş vilayətlərdə məşğulluq səviyyəsinin saxlanılması və artırılması məqsədilə əlavə 500 milyon dollar xarici maliyyə cəlb edib.
SİA xəbər verir ki, bu barədə ölkənin xəzinə və maliyyə naziri Mehmet Şimşek məlumat verib.
“Biz kütləvi fəlakətin mənfi nəticələrini aradan qaldırmağa və fəlakət zonalarının bərpasının sürətləndirilməsinə çalışırıq”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, fəlakət zonalarının ehtiyacları üçün Türkiyə hökumətinin zaminliyi altında Dünya Bankının xətti ilə vəsait ayrılıb. Zəlzələ nəticəsində zərər çəkmiş vilayətlərlə yanaşı, bu vəsaitdən fəlakət zonaları ilə həmsərhəd yeddi digər vilayət də yararlana bilər.
“Yeni vəsait axını hesabına şirkətlərə uzunmüddətli kredit ayrılacaq ki, bu da yeni iş yerlərinin açılmasına stimul verəcək. Əsas hədəfimiz Türkiyənin bu hissəsində sənaye istehsalının və ixracın həcmini artırmaqdır”, - deyə maliyyə naziri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 01 Aprel 2025 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















