Türkiyə fevral ayında rekord miqdarda qaz idxal edib
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin fevral ayında 3,063 milyard kubmetr mayeləşdirilmiş təbii qaz qaz idxal edib
Türkiyə 2025-ci ilin fevral ayında 3,063 milyard kubmetr mayeləşdirilmiş təbii qaz qaz idxal edib. Bu da əvvəlki illə müqayisədə təxminən iki dəfə çoxdur - 1,662 milyard kubmetr. AYNA.AZ “Eurostat”a istinadən xəbər verir ki, bu, Türkiyəyə aylıq qaz idxalında rekord göstəricidir.
Beləliklə, Türkiyə Avropa ilə birlikdə qlobal maye qaz bazarında və onun üzərindəki qiymətlərdə artımın aparıcı qüvvələrindən birinə çevrilib. Fevral ayında Avropa istiqaməti Asiyadakı qiymətlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə fərqli olub. Fevralda Avropa spot bazarında orta qiymət yanvarda 512 dollardan sonra min kubmetr üçün təxminən 550 dollar təşkil edib.
Üçüncü aydır ki, Türkiyə ayda 2 milyon tondan çox qaz idxal edir. Hazırkı səviyyədə Türkiyənin qaz idxalı Hindistan kimi böyük bir bazarla müqayisə edilə bilər.
Türkiyənin mayeləşdirilmiş qaz terminalları fevral ayında yüzdə 90 faiz istifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 28 Mart 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















