Icma.az
close
up
RU
Türkiyə futbolunun utanc tablosu

Türkiyə futbolunun utanc tablosu

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Futbol Federasiyası (TFF) ölkə futbolunda yaşanan mərc qalmaqalı ilə bağlı yeni açıqlama yayıb. 

QOL.az xəbər verir ki, federasiyanın məlumatına görə, profesional liqalarda çıxış edən 132 klubdan 128-də ümumilikdə 1024 futbolçu mərc oyunlarında iştirak edib. Onlarla bağlı iş Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilib.

Yalnız "Fənərbaxça", "Başakşəhər", "Kocaelispor" və "Gənclərbirliyi" futbolçularının adları siyahıda yer almayıb.

1024 futbolçudan 27-si Super Liqa, qalan 997-si isə aşağı liqalarda çıxış edir. Məlum olub ki, gəliri az olan futbolçular arasında mərc oynayanların sayı daha çoxdur.

Super Liqada ən çox futbolçusu cəzaya göndərilən komanda "Alanyaspor" (4 oyunçu) olub. 1-ci Liqada bu göstəricidə "Boluspor" (7 oyunçu) öndədir.

2 və 3-cü liqalarda vəziyyət daha acınacaqlıdır.

"Erbaaspor"dan 16 futbolçu, "Mersinspor" 12 futbolçu, "Diyarbekirspor"dan 18 futbolçu, "Ağrı 1970 Spor"dan 17 futbolçu, "Yalova FK"dan 16 futbolçusu ilə bağlı intizam qərarlarının verilməsi iə bağlı PFDK-ya müraciət edilib. Bu klublar demək olar ki, meydanda heyət qurmaqda çətinlik çəkəcək.

Super Liqa klublarından mərc qalmaqalında adı keçənlər arasında "Konyaspor"un seneqallı futbolçusu Alassane Ndao da var. Bundan əlavə, "Qalatasaray"ın Türkiyə milli komandasında oynayan futbolçusu Eren Elmalı,  U-21 millsindən İzzet Çelik və U-19 millisindən Ege Albayrak siyahıya düşdükləri üçün millidən uzaqlaşdırılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qol.az
archiveBu xəbər 12 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri