Icma.az
close
up
RU
Türkiyə G20 də beynəlxalq sistemin qarşılaşdığı çağırışlara diqqət çəkəcək

Türkiyə G20 də beynəlxalq sistemin qarşılaşdığı çağırışlara diqqət çəkəcək

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Bu il Cənubi Afrika Respublikasının (CAR) sədrliyi ilə keçiriləcək G20 toplantısı çərçivəsində fevralın 20 və 21-də üzv ölkələrin Xarici İşlər Nazirlərinin Birinci Toplantısı baş tutacaq. Tədbirdə iştirak edəcək Türkiyənin XİN rəhbəri Hakan Fidan toplantının “Qlobal geosiyasi vəziyyət” və “2025-ci ildə G20 Məqsədləri: Cənubi Afrika Respublikasının G20 dövrə sədrliyinin dəyərləndirilməsi, yüksək səviyyəli nəticələr və G20-nin hesabatı” mövzularında keçiriləcək iclaslarda çıxış edəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, Hakan Fidanın çıxışlarında Qəzza, Suriya, Livandakı son vəziyyət və Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla beynəlxalq və regional məsələlər ilə bağlı Türkiyənin mövqeyini ifadə etməsi, eləcə də beynəlxalq sistemin qarşılaşdığı çağırışlar fonunda G20 platformasının əhəmiyyətinin artdığına diqqət çəkməsi gözlənilir.

Türkiyəli nazirin, həmçinin G20 çərçivəsində keçiriləcək MIKTA (Meksika, İndoneziya, Koreya Respublikası, Türkiyə, Avstraliya) 27-ci Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.

Qeyd edək ki, Cənubi Afrika Respublikası, 2024-cü il dekabrın 1-dən etibarən G20 dövr sədrliyini Braziliyadan təhvil alıb və sammitin budəfəki mövzusu “Həmrəylik, Bərabərlik, Davamlılıq” (Solidarity, Equality, Sustainability) kimi müəyyən edilib.

Cənubi Afrika Respublikasının G20 sədrliyi prioritetləri arasında fəlakətlərə qarşı dayanıqlılığın və cavab mexanizmlərinin gücləndirilməsi, aşağı gəlirli ölkələr üçün borc dayanıqlılığının təmin edilməsi, ədalətli enerji keçidi üçün maliyyələşmənin təmini, inklüziv artım və davamlı inkişaf üçün kritik minerallardan istifadə kimi mövzular yer alır.

Xatırladaq ki, Türkiyə 2015-ci ildə uğurla həyata keçirdiyi G20 sədrliyi dövründə qlobal iqtisadiyyatın siyasi məsələlərdən ayrı nəzərdən keçirilə bilinməyəcəyi həqiqətindən çıxış edərək, bu platformada aparılan müzakirələrə qlobal siyasi məsələləri də daxil edib. Türkiyənin 2014-cü ilin dekabr ayında başladığı G20 sədrliyi 2015-ci il noyabrın 15 və 16-da Antalyada keçirilən Liderlər Zirvəsi ilə uğurla başa çatıb. Bu dövrdə müzakirə olunan məsələlərin prioritetləri kimi “İnklüzivlik, İcra və İnvestisiya” müəyyən edilmişdi. Bununla yanaşı 2015-ci ildə tarixində ilk dəfə terrorizmlə mübarizə və miqrasiya böhranı siyasi məsələlər kimi G20 Liderlər Zirvəsinin gündəminə daxil edilərək, üzv ölkələrin liderləri tərəfindən terrorizmlə mübarizə sahəsində ilk bəyanatın qəbul olunması ilə nəticələnib. G20 tarixində ilk Enerji Nazirləri Toplantısı da Türkiyənin sədrliyi dövründə İstanbulda keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Fevral 2025 02:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri