Türkiyə hava məkanından hər 14 saniyədən bir təyyarə keçir KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Dövlət Hava Limanları İdarəsi (DHMİ) son illər təyyarə ilə səyahət edənlərin sayının əhəmiyyətli dərəcədə artdığını bildirib.
KONKRET.az xəbər verir ki, hazırda Türkiyə 175 ölkə ilə hava daşımaları sahəsində müqavilə imzalayıb. 2002-ci ildə sərnişinlərin sayı 34,5 milyon nəfərə yaxın idisə, 2024-cü ildə bu rəqəm 230,2 milyon nəfərə çatıb.
2024-cü ildə Türkiyə hava məkanından 2 milyon 290 min təyyarə istifadə edib. Bunun 521 mini tranzit uçuşlar olub. Hesablamalara görə Türkiyə hava məkanından hər 14 saniyədən bir təyyarə keçib. Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu qeyd edib ki, Türkiyə dünyada ən geniş uçuş şəbəkəsinə malik ölkələrdən birinə çevrilib.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 30 Yanvar 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















