Icma.az
close
up
RU
Türkiyə hərəkətə keçdi Suriyada yeni ittifaq yaradılır?

Türkiyə hərəkətə keçdi Suriyada yeni ittifaq yaradılır?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İsrael Hayom” nəşrinin yaydığı məlumata görə, son günlər İsrail ordusu Suriya ərazisində fəaliyyətini gücləndirib. İsrail ordusu Suriya ərazisində fəaliyyətini gücləndirərək, nə hərbi zərurət, nə də dəqiq strategiya ilə dəstəklənən addımlar atır. Onların arasında Suriya ərazilərinin işğalı, Dəməşqin cənubunda hərbsizləşdirilmiş zonanın yaradılmasının elan edilməsi barədə bəyanatlar var.

İsrail Suriyada hərbi mövcudluğunu saxlaya bilərmi? Bunun nəticəsi necə olacaq?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, son təxribat hadisələrinin arxasında bir-birinə antaqonist qüvvələr koordinasiyalı şəkildə fəaliyyətdədirlər:

“İran zaman-zaman İsraili düşmən elan edir. Məhv edəcəyini bildirir. Amma koordinasiyalı şəkildə bu təxribatın arxasındadırlar. İran və İsrail ayrı-ayrılıqda hərəkətə keçir. İran Əsəd rejiminin qalıqlarını silahlandırmaqla bərabər PKK terrorçularının Suriyadakı ünsürlərini dolayı yolla Əsəd rejiminin tərəfində döyüşmək üçün təhrik edir. Çünki təxribat törədənlər arasında PKK-nın Suriya qolu olan YPG terrorçuları da mövcuddur. Bu da böyük oyundan xəbər verir. Hiss olunur ki, məsələ İran və İsraillə məhdudlaşmır. ABŞ və Rusiyanın birgə Suriyadakı təxribat hadisələri ilə bağlı BMT Təhlükəsizlik Şurasında müzakirə predimentinə məsələni çıxartması bəzi niyyətləri ortaya qoyur. ABŞ və Rusiyanın geosiyasi maraqları ilk dəfə Suriyada toqquşmur, üst-üstə düşür. Bunu da İsrailin bir neçə gün öncə verdiyi açıqlamada aydın gördük. İddia edirdi ki, Rusiya Tartus limanında nəzarəti və Latakiada hərbi bazasını qorumalıdır. Bu məsələdə rəsmi Vaşinqton Moskvaya yardım etməlidir. Çox böyük oyunun getdiyinin şahidi oluruq. Qardaş Türkiyə də hərəkətə keçib. Regional ölkələri bir yerə toplamaqla İordaniyada məsələni ciddi müzakirə etdilər. Bu təxribatı qınamaqla bərabər Suriyadakı müvəqqəti hökumətə dəstəyi də bəyan etdilər”.

Natiq Miri

Politoloqun sözlərinə görə, Türkiyə, Suriya, İraq, Livan və İordaniya Suriyadakı İŞİD terroruna qarşı birgə plan qurublar:

“Bu da qısa müddət ərzində anti-terror əməliyyatının başlayacağına işarədir. Eyni zamanda ABŞ-ın Suriyadakı varlıq bəhanəsini əlindən alır. Rəsmi Vaşinqton hər zaman həmin terrorçular ilə mübarizənin olduğunu bildirir. Ancaq mübarizə aləti kimi istifadə etdiyi PKK/YPG terrorçularıdır. Bu isə absurd yanaşmadır. Bir terrorçu ilə digər terrorçuya qarşı mübarizə aparmaq inandırıcı deyil. Ona görə də Türkiyənin təşəbbüsü uzağa gedən planlardan xəbər verir. Suriyadakı bu təxribat müəyyən hüquqi zəmin yaratdı ki, təkcə Bəşər Əsəd rejiminin ünsürlərinə qarşı deyil, eyni zamanda PKK terrorçularına qarşı Türkiyə, İraqın şimalı, Suriya və digər bölgələrdə birgə mübarizə aparılsın. Nə İsrailin, nə ABŞ-ın, nə də Rusiya və İranın qurduğu yeni təxribat planlarının, müzakirələrin və çıxarılacaq qərarların regiona ciddi təsiri olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Mart 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri