Türkiyə HHQ mütəxəssisləri “Eurofighter Typhoon” təyyarələrində təlimə başlayırlar
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara, 23 fevral, AZƏRTAC
Türkiyə Hərbi Hava Qüvvələrinin mütəxəssislərinin ilk qrupu, o cümlədən pilotlar fevralın 24-də “Eurofighter Typhoon” təlim proqramı çərçivəsində Böyük Britaniyaya yola düşəcək.
AZƏRTAC “Milliyet” qəzetinə istinadən xəbər verir ki, təlim Koninqsbi Hərbi Hava Qüvvələri bazasında keçiriləcək.
Türkiyə ötən ilin oktyabr ayında Birləşmiş Krallıqla 8 milyard funt sterlinqə (10,7 milyard dollar) 20 yeni “Eurofighter Typhoon” qırıcı təyyarəsi almaq üçün müqavilə imzalayıb.
Bundan əlavə, ötən payız Ankara Qətər və Omandan əlavə 24 qırıcı təyyarə aldığını elan edib. Eyni zamanda, Qətərdən alınan təyyarələrdən 12-si “Eurofighter Tranche 3A”nın ən son versiyasıdır.
Oman təyyarəni 2028-ci ildə modernləşdirdikdən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verəcək.
Qəzetin məlumatına görə, Ankara Doha ilə əlavə 12 ədəd “Eurofighter” təyyarəsi üçün yeni müqavilə imzalayıb. Beləliklə, növbəti 3-4 ildə Türkiyə Hərbi Hava Qüvvələrinin xidmətində Avropa istehsalı olan təyyarələrin sayı 44-dən 56-ya çatacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 23 Fevral 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















