Türkiyə hökumətində dəyişiklik olacaq? Foto
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin bir sıra nəşrləri - “Nəfəs”, “Cümhuriyyət” qəzetləri və T24 xəbər portalı Prezident Rəcəb Tayyib Ərdoğanın hökumətdə 4 naziri dəyişməyi planlaşdırdığına dair materiallar dərc edib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın Nazirlər Kabinetinin iclasında “Bəzi dostlarla son görüşümüz ola bilər” deməsi ilə bağlı iddiaların olduğu bildirilib.
Ölkənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumatı təkzib edib.
“Bu tip məzmun ictimaiyyəti çaşdırmağa yönəlmiş açıq-aydın dezinformasiya fəaliyyətidir. Prezidentimiz Nazirlər Kabinetinin iclasında birmənalı olaraq belə bir açıqlama verməyib. Sözügedən iddialar heç bir konkret məlumata əsaslanmayan spekulyativ və manipulyasiya xarakterli bəyanatlardır”, - açıqlamada qeyd olunub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 İyul 2025 03:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















