Icma.az
close
up
RU
Türkiyə ictimaiyyəti: Xocalı soyqırımını unutmayacağıq FOTOLAR

Türkiyə ictimaiyyəti: Xocalı soyqırımını unutmayacağıq FOTOLAR

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İstanbulda “Əsrin soyqırımı Xocalını unutmadıq, unutdurmayacağıq” mövzusunda konfrans keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) və şəhərin Kadıköy bələdiyyəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə konfransın keçirildiyi Kozyatağı Mədəniyyət Mərkəzində açılan Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər.

Konfrans Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilməsi, hər iki ölkənin şəhidlərinin xatirəsinin “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Açılış mərasimində çıxış edən TADEF-in rəhbəri Ədalət Turan, İSTAD-ın sədri Səfər Qaraqoyunlu, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Abbasov, Türk Mədəniyyət Platformasının rəhbəri, tədqiqatçı-yazıçı Metin Yıldırım və Türkiyə ictimaiyyətinin nümayəndələri Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərinin Xocalı və bu kimi bir çox soyqırımı cinayətlərinə ən gözəl cavabı olduğunu, hazırda Türk dünyasının bu vəhşiliyi törədənlərin ən ağır cəza ilə cəzalandırılmasını tələb etdiyini bildiriblər.

Natiqlər işğaldan azad olunmuş Xocalıya etdikləri səfər barədə danışaraq bildiriblər ki, ermənilər illər boyu bu torpaqlarda meyvə-tərəvəz yerinə mina “əkiblər”, Yer üzündəki heç bir insan öz doğma torpağına bu cür qərəzli münasibət bəsləyə bilməz. Elə bu fakt özü-özlüyündə ermənilərin bu ərazilərə heç bir aidiyyətinin olmadığına ən böyük sübutdur. Azərbaycan isə bunun tam əksinə minaları təmizləməklə yanaşı, qısa vaxt ərzində Qarabağı yenidən cənnətə çevirərək oraların əsl sahiblərinin kimin olduğunu bütün dünyaya göstərdi.

Çıxışlarda tarixi bağlarla bir-birinə düyünlənən Türkiyə-Azərbaycan münasibətlərinə toxunulub, iki ölkə arasındakı qardaşlığın tarixin müxtəlif dövrlərində yaşanan sevincdə də, kədərdə də daima özünü göstərdiyi vurğulanıb.

Konfrans panel iclasla davam etdirilib.

Metin Yıldırımın moderatorluğu ilə keçirilən paneldə Beykoz Universitetinin prorektoru, Diplomatiya Araşdırmaları Dərnəyinin rəhbəri, professor Raqıp Kutay Karaca, Marmara Universitetinin professoru Vüqar İmambəyli və tarixçi-yazıçı Mehmet Dağıstanlının Xocalı soyqırımı ilə bağlı məruzələri dinlənilib.

Tədbirin bədii hissəsində proqramın tərtibatçısı, “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömərin ifasında Xocalıya həsr olunan şeir kompozisiyası dinlənilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Fevral 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri