Türkiyə ilə İsrail arasında münaqişə olsa... Tramp
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalist uyğun sualına cavab olaraq, Türkiyə ilə İsrail arasındakı gərginliyə münasibət bildirib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, jurnalist Ərdoğanın İsrailə qarşı sərt bəyanatlarını xatırladaraq, iki ölkə arasında hərbi qarşıdurma ehtimalının olub-olmadığını soruşub. Həmçinin Türkiyəyə F-35 qırıcılarının satışının mümkünlüyü barədə də sual verilib.
Tramp suala cavab olaraq Ərdoğanı yaxın dostu adlandırıb:
“Ərdoğan mənim çox yaxşı dostumdur və biz birlikdə çox yaxşı işləmişik. Onu çox sevirəm. Bunu deməməliyəm, çünki media dərhal "Tramp Ərdoğanı sevir" deyəcək. Amma o, qeyri-adi liderdir, güclü insandır, həqiqətən çox güclü insandır".
ABŞ prezidenti Türkiyə ilə İsrail arasında münaqişə ehtimalından da danışıb:
“Belə bir şey eşitməmişəm. Eşitsəydim, ona zəng edər və hər şeyin qaydasında olduğuna əmin olardım. Türkiyə ilə belə bir hadisənin baş verəcəyini düşünmürəm. Heç olmasa, mən prezident olduğum müddətdə bu baş verməz. Çünki o mənə hörmət edir, mən də ona hörmət edirəm. Aramızda yaxşı dostluq var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 10 İyun 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















