Türkiyə ilə sərhədin açılması növbəti mərhələdir Mirzoyan
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Ermənistanla Türkiyə arasında sərhədin tam açılması regionda kommunikasiyaların açılması zəncirinin növbəti mühüm halqasıdır.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ermənistan, Azərbaycan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladığı bəyannamə tarixi əhəmiyyət kəsb edir:
Mirzoyan xatırladıb ki, tərəflər sülh sazişini də paraflayıb və ATƏT-in fəaliyyətdə olan sədrinə münaqişənin yekun başa çatmasının simvolu kimi Minsk prosesinin strukturlarını ləğv etməyi birgə təklif ediblər.
Nazirin sözlərinə görə, Vaşinqton sammiti regional kommunikasiyaların inkişafı, dövlətdaxili, ikitərəfli və beynəlxalq əlaqələrin təmin edilməsi, o cümlədən Cənubi Qafqazın təhlükəsiz logistika mərkəzinə çevrilməsinə yönəlmiş Tramp marşrutunun həyata keçirilməsi üçün real imkanlar açıb.
XİN rəhbəri Azərbaycanın Ermənistana tranzitlə bağlı məhdudiyyətləri aradan qaldırmaq barədə açıqlamasını alqışlayıb.
Nazir xatırladıb ki, Ermənistan da öz növbəsində Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təmin etməyə hazır olduğunu bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 05 Dekabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















