Icma.az
close
up
RU
Türkiyə ilə Suriya anlaşdı: Yunanıstan təşvişdə Helenizm üçün kabus ssenarisidir

Türkiyə ilə Suriya anlaşdı: Yunanıstan təşvişdə Helenizm üçün kabus ssenarisidir

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Türkiyə ilə yeni Suriya hakimiyyəti arasında Dəniz Yurisdiksiyası Müqaviləsi imzalanacağına dair açıqlama Yunanıstan gündəmində qalmaqda davam edir. Yunan mediasında mümkün razılaşmaya qarşı Avropa İttifaqı və Qərb ölkələrindən dəstək istənilib.

Publika.az xəbər verir ki, Yunanıstan və Cənubi Kipr mətbuatı mümkün razılaşma ilə bağlı məsələni öz manşetlərində işıqlandırır. Xəbərlərdə yunan siyasətçiləri və analitiklərinin şərhləri də geniş şəkildə yer alır.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkənin rəsmi agentliyinə sözügedən məsələlərlə bağlı açıqlama verib. O, Dəməşq rəhbərliyinin Ankaranın təsiri altında olduğunu bildirərək Liviya ilə bağlanmış razılaşmanı xatırladıb: "Şərqi Aralıq dənizində dəniz sərhədlərinin müəyyən edilməsi üçün razılaşmanın mümkünlüyü Helenizm üçün kabus ssenarisidir" .

Ən pis ssenari

“Kathimerini” qəzetinin baş redaktoru Ronald Meinardus da Mitsotakis ilə eyni fikirdədir: “Ən pis ssenari Suriyanın Türkiyə ilə, hətta yalnız Ankara tərəfindən tanınan Şimali Kipr administrasiyası ilə razılaşması ola bilər".

Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritis də Avropa Birliyi vasitəsilə Türkiyəyə qarşı hərəkətə keçəcəklərini açıqlayıb: “Türkiyənin Şərqi Aralıq dənizindəki qanunsuz fəaliyyətini Suriya üzərindən genişləndirməsinə imkan verməyəcik”.

Trampın təsiri

“Kathimerini”də dərc olunan şərhdə Türkiyənin yeni Suriya dövlətinin qurulmasındakı rolu və ABŞ-ın yeni prezidenti Donald Trampın verdiyi dəstək müzakirə edilir. Türkiyənin Aralıq dənizindəki son hadisələrdən sonra güc qazandığı bildirilərkən, Ankaranın ABŞ-ın yeni administrasiyası üçün əhəmiyyətinin artdığı da vurğulanır.

Şərqi Aralıq dənizində balansın Türkiyənin xeyrinə dəyişməsinin Yunanıstan üçün dəniz yurisdiksiyaları və enerji kəşfiyyatı fəaliyyətlərində “çətinliklər” yaradacağı bildirilir.

Yeni Aralıq dənizi "tənliyi"ndəki inkişaflardan ən çox Kipr rumlarının təsirlənəcəyi vurğulanarkən, yeni Suriyanın da sözügedən razılaşmaları KKTC ilə edə biləcəyi ifadə edilir. Bu vəziyyətin Yunanıstan üçün təhlükə olduğu qeyd edilir.

Osmanlı bənzətməsi

“Ta Nea” qəzetində dərc olunan şərhdə Türkiyənin addımları “keçmiş imperiyanın bəzi torpaqlarını geri qaytarmaq” üçün atılan addım kimi qiymətləndirilir.

“Sözügedən razılaşma ilə bağlı " Türkiyə ilə Suriya arasında Tripolidəki (Liviya) kimi Eksklüziv İqtisadi Zona ilə bağlı anlaşma memorandumunun yolu artıq açılıb. Bu müqavilə qüvvəyə minərsə, bütün sənədləri ilə Kiprin hüquqlarını tamamilə çeynəmiş olacaq”, - deyə xəbərdə bildirilir.

Roza Şəfiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://publika.az
archiveBu xəbər 27 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see254

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see209

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see148

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see137

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see124

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri