Türkiyə ilk dəfə elan etdi: Nüvə sualtı qayığı…
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ərcümənt Tatlıoğlu ilk dəfə olaraq nüvə enerjisi ilə işləyən sualtı qayıq yaratmaq niyyətlərini rəsmən açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Tatlıoğlu vurğulayıb ki, 139 ildir müstəqil dizaynlı sualtı qayıq yaratmaq bizim milli arzumuz olub:
“MILDEN bitdikdən sonra biz nüvə sualtı qayıqlarına doğru yeni bir addım atacağıq”.
Bildirilib ki, Türkiyə dəniz sənayesi son zamanlar həm də xaricdən asılılığı mümkün qədər azaltmaq üçün inkişaf edib. Artıq əhəmiyyətli nəticələr əldə etmiş milli gəmiqayırma proqramları MILGEM (Milli Gəmi) və MILDEN (Milli Dənizaltı) nüvə sualtı qayığının layihələndirilməsi üçün ilkin şərtləri yaratmışdır.
Türkiyəli hərbi ekspert, müdafiə sənayesi üzrə analitik Devrim Yaylalın belə bir gücə malik sualtı qayığın olmasının Türkiyəni müstəqil olaraq nüvə sualtı qayıqlarını layihələndirən, istehsal və istismar edən ölkələr sırasına daxil edə biləcəyi qənaətindədir. Bu ölkələrə ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Hindistan daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 May 2025 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















