Türkiyə iqtisadiyyatında canlanma: Uçot dərəcəsi niyə azaldıldı?
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Türkiyədə iqtisadi vəziyyət yavaş-yavaş düzəlməyə doğru gedir. Bunun səbəbi iqtisadiyyatdakı canlanmadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov danışıb.
Onun sözlərinə görə, iqtisadi canlanma fonunda Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini azaltması mühüm addımdır:

"Uçot dərəcəsinin azaldılması inflyasiya riskinin zəifləməsindən xəbər verir. Böyük ehtimalla banklar da kredit faizlərini aşağı salacaqlar. Bu isə kredit götürənlərin sayının artmasına səbəb olacaq. Əvvəllər bu hal inflyasiyanın yüksəlməsi ilə nəticələnirdi - çünki dövriyyədəki pul kütləsi çoxalır, lakin mal və xidmətlərin həcmi eyni qalırdı. Hazırda Mərkəzi Bank belə bir mesaj verir: "Qorxulu heç nə yoxdur, vəziyyət nəzarət altındadır, daha çox kredit götürə bilərsiniz".
Əkrəm Həsənov əlavə edib ki, son dövrlərdə inflyasiya səbəbindən Mərkəzi Bank faizləri artırmağa məcbur olmuşdu, lakin hazırda bu siyasət tədricən yumşaldılır.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 3 faiz bəndi azaldaraq 46%-dən 43%-ə endirib.
Bahar Rüstəmli
Baxış sayı:62
Bu xəbər 24 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















