Türkiyə İranla sərhəddə çəkilən divarı tamamlayır
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyə İran sərhədi boyunca modul divar sistemini genişləndirir, bölgədə qaçaqmalçılığı və qanunsuz miqrasiyanı minimuma endirməyə çalışır.
XQ xəbər verir ki, 2021-ci ildən bəri Türkiyə-İran sərhədi boyunca planlaşdırılan 305 kilometrlik beton və polad divarların 235 kilometri artıq inşa edilib. Son 70 kilometrlik hissədə işlər dağlıq Başkale bölgəsində davam edir.
Sərhədin daha 6 kilometrlik hissəsi müasir ərazi monitorinq sistemlərindən istifadə etməklə Van əyalətinin şərqindəki Başkale şəhərində qurulub. Beş metr hündürlüyündə divarın üzərinə 90 santimetr hündürlükdə olan tikanlı məftildən hasar çəkilib.
Türkiyə Silahlı Qüvvələrinin sərhəd bölmələri pilotsuz uçuş aparatlarından və məsafədən idarəolunan muxtar yerüstü nəqliyyat vasitələrindən istifadə edərək ərazini gecə-gündüz izləməyə davam edir. Burada zirehli nəqliyyat vasitələri və dronəleyhinə sistemlər də yerləşdirilib.
Snayper dəstələri və xüsusi təyinatlı qüvvələrin bölmələri vacib yerlərdə yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 29 İyul 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















