Türkiyə İraq, Suriya və İordaniya ilə birlikdə İŞİD lə mübarizə mexanizmi yaratmağı planlaşdırır
Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə bildirib ki, Türkiyə bir sıra Yaxın Şərq ölkələri ilə birlikdə “İslam Dövləti” terror qruplaşmasına qarşı mübarizə üçün ortaq mexanizm yaradacaq.
O, Suriya, İraq və İordaniyanın buna qatılacağını açıqlayıb.
İordaniya, İraq, Livan və Türkiyə Suriya ilə birlikdə “İslam Dövləti”nə qarşı əməliyyat keçirməyə razılaşıb. “Al Hadath” və “Al Jazeera” xəbər verir ki, bu barədə İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi Əmmanda Suriyaya qonşu ölkələrin nazirlər toplantısının keçirildiyi mətbuat konfransında bildirib.
PKK problemindən danışan Fidan diqqətə çatdırıb ki, “PKK Türkiyədə bir kvadrat metr əraziyə nəzarət etməsə də, Suriyanın üçdə birini işğal edib və onun enerji resurslarına nəzarət edir”. “İraqda İraq Kürdüstanında 700 kəndi işğal ediblər, Sincar bölgəsini və bəzi digər əraziləri işğal ediblər, yəni bu, təkcə Türkiyə üçün problem deyil”, - deyə nazir qeyd edib.
Fidan ayrıca vurğulayıb ki, PKK bölgənin problemi olduğundan, “İD-ə qarşı tətbiq edilən metodologiya və tədbirlər ona da tətbiq edilməlidir”.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 10 Mart 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















