Türkiyə İsraili Qəzzada atəşkəs rejiminə əməl etməyə çağırıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Türkiyə Xarici İşlər Nazirliyi İsraili Qəzza sektorunda atəşkəs rejiminə riayət etməyə çağırıb və bunun bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından həyati əhəmiyyət daşıdığını bildirib.
APA xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında qeyd olunub.
“İsrailin Qəzza sektorundakı hücumları atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır. Bu hücumlar nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı xəbərlər bizi dərin narahat edir. Atəşkəs rejiminə tam riayət olunması davamlı sülh ümidini qorumaq və regional təhlükəsizliyi təmin etmək üçün həyati əhəmiyyət kəsb edir. İsraili bir daha sülh və sabitliyi pozan addımlardan çəkinməyə çağırırıq,” – deyə nazirlik qeyd edib.
Bu mövzuda digər xəbərlər:HƏMAS İsraili vədinə əməl etməyə çağırıb
25 Fevral 2025 23:13
Aİ İsraili Qəzzada mülki əhalini qorumağa çağırıb
18 Avqust 2026 15:41
Hakan Fidan İsraili atəşkəs elan etməyə çağırıb
11 Aprel 2025 15:02
Misir İsraili ABŞ ın atəşkəs təklifini qəbul etməyə çağırıb
06 Sentyabr 2025 14:29
Türkiyə XİN rəhbəri Qəzzada atəşkəsə çağırıb
15 May 2025 15:58
Baxış sayı:147
Bu xəbər 29 Oktyabr 2025 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















