Icma.az
close
up
RU
Türkiyə İsraillə Qaynar xətt yaratdı Nələr gözlənilir?

Türkiyə İsraillə Qaynar xətt yaratdı Nələr gözlənilir?

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

İsrail və Türkiyə Suriyada hərbi əməliyyatların qarşılıqlı koordinasiyası və toqquşmaların qarşısının alınması məqsədilə xüsusi “qaynar xətt”in yaradılması barədə razılığa gəliblər. Bu razılaşma, hər iki ölkənin Suriyada artan hərbi iştirakı fonunda, təsadüfi qarşıdurmaların qarşısını almaq və əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

“Qaynar xətt”in yaradılmasında məqsəd nədir? Layihə ölkələr arasında perspektivdə nələrə yol aça bilər? 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Elman Vəliyev İsrail və Türkiyənin Suriyada koordinasiyanı aktivləşdirməsi və “qaynar xətt”in yaradılmasının artıq tərəflər arasında anlaşmanın mövcud olduğunu bildirib. 

Onun sözlərinə görə, Suriyada hər hansı hərbi əməliyyat həyata keçiriləcəyi təqdirdə, qarşı tərəf öncədən məlumatlandırılacaq:

“Əməliyyat zamanı hərbi komandanlıq səviyyəsində Baş Qərargah rəisi və ya təhlükəsizlik strukturlarının rəhbərləri digər tərəfə xəbərdarlıq edəcək. Eyni protokol İsrail üçün də keçərlidir. O da Türkiyə tərəfinə əvvəlcədən məlumat verəcək. Bu əməkdaşlıq Suriyanın gələcəyi baxımından mənfi tendensiya kimi qiymətləndirilə bilər. Çünki İsrail və Türkiyənin bölgədəki maraqları bir-biri ilə ziddiyyət təşkil edir”.

Politoloq bu mexanizmlə tərəflərin Suriyada istədikləri kimi hərəkət etmək üçün bir-birinə mane olmayacaqlarını qeyd edib. O bildirib ki, bu proses həm Türkiyə, həm də İsrail baxımından strateji uğur sayılır:


“Ərdoğan administrasiyası ABŞ və İsrailin Yaxın Şərqdəki maraqlarını təmin edən gizli qüvvə kimi çıxış edir. Ərdoğanın “Böyük Orta Şərq Layihəsinin ilk sədriyik” açıqlaması da bunu təsdiqləyir. Bu layihənin əsas məqsədi bölgədə geosiyasi nüfuzu genişləndirməkdir”.

Fidan Hacızadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see374

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see199

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see168

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see163

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see155

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri