Türkiyə İstanbul danışıqlarında onların iştirakına icazə verməməlidir KİV
Icma.az bildirir, Olke.az portalına istinadən.
İstanbulda keçiriləcək Rusiya və Ukrayna arasında qarşıdan gələn danışıqlarda Türkiyə əsas rolu üzərinə götürməlidir - Avropa İttifaqı nümayəndə heyətinin iştirakına yol verməməlidir.
"Ölkə.az" xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık" qəzeti yazır.
Bildilir ki, Aİ münaqişənin davam etməsində maraqlıdır və bu səbəbdən danışıqlarda iştirakı arzuolunmaz hesab olunur.
Məqalə müəllifləri vurğulayırlar ki, Ankara sülh yolu ilə nizamlanmada israrlı olmalı və gərginliyin daha da artmasının tərəfdarı olan Avropa ölkələrinin təsirini əngəlləməlidir. Bu yanaşma təkcə regionda sabitliyi gücləndirməyəcək, həm də Türkiyənin Moskva və Kiyevlə münasibətlərini yaxşılaşdıracaq.
Nəşr qeyd edir ki, Aİ-nin hərbi xərclərinin artması və Rusiyaya qarşı aqressiv ritorika yalnız danışıqlar prosesini çətinləşdirir və avropalıların narazılığına səbəb olur.
Qəzetin yazdığına görə, Avropa İttifaqı indi seçim qarşısındadır: ya daxili birliyi riskə ataraq, uzanan münaqişəni dəstəkləməyə davam etməlidir, ya da müharibənin dayandırılmasına və sülhün bərqərar olmasına kömək etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 01 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















