Türkiyə kəşfiyyatı İrana casusluq edən 5 nəfəri həbs edib
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İstanbul Baş Prokurorluğu ilə birgə İrana bağlı casus şəbəkəsinə qarşı əməliyyat keçirib.
Missiya.Az xəbər verir ki, İstanbul, Antalya və Mersində eyni vaxtda həyata keçirilən əməliyyatda 5 nəfər İran kəşfiyyatına casusluq etməkdə təqsirli bilinərək saxlanılıb.
Bildirilib ki, həbs edilən şəxslər Türkiyədəki hərbi bazalar, xaricdəki strateji bölgələr, kritik nöqtələr haqqında məlumatlar toplayıb İrana ötürüblər.
Türkiyə rəsmiləri casus şəbəkəsi ilə bağlı istintaqın davam etdiyini və daha çox həbslərin mümkün olacağını açıqlayıblar.
Qeyd olunub ki, reydlər Ankara ilə Tehran arasında son aylarda gərginliyin artması səbəbindən baş tutub. Türkiyə ötən illərdə İranla əlaqəsi olan bir neçə casusluq və terror şəbəkəsini də müəyyən edərək zərərsizləşdirib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Mart 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















